AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Antalyada qış təlim-məşq toplanışında olan “Simurq”un düşərgəsində olub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Komitənin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov Zaqatala təmsilçisinin məskunlaşdığı "Sirena Belek" otelində klubun prezidenti Anar Bəkirov, baş məşqi Georgi Çixradze, baş menecer Kamran İsmayılov və məşqçilər korpusu ilə görüşüb.
Görüş zamanı bir çox mövzularla bağlı müzakirələr aparılıb. İlk öncə komandanın hazırlığı ilə maraqlanan komitə üzvləri, daha sonra A milli komandada və digər yaş qruplarından ibarət yığmada oynayan futbolçuların durumları ilə bağlı məşqçilərlə söhbət ediblər.
Görüşdə legioner limiti ilə bağlı da müxtəlif dialoqlar olub. Klub prezidenti Anar Bəkirov bununla bağlı mövqeyini komitə üzvlərinə bildib. Premyer Liqanın səviyyəsinin artırılması ilə yanaşı, aşağı dəstədə mübarizə aparılan komandalarda da vacib işlərin görülməsi xüsusən vurğulanıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?