"Bu bizim təlim-məşq toplanışında ilk yoxlama matçımız idi. "Qəbələ" klubu xoşuma gəldi. Yaxşı və sürətli futbolçuları var".
Bu sözləri Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə açıqlamasında "Vorksla" klubunun baş məşqçisi Vasili Saçko "Qəbələ" ilə yoxlama matçından sonra deyib.
Görüşün bərabər səviyyəli keçdiyini bildirən ukraynalı mütəxəssis komandasının oyun ərzində buraxdığı səhvərindən gileylənib: "Başda Roman Qriqorçuk olmaqla "Qəbələ"nin məşqçilər heyətini tanıyıram. İnanıram ki, onun komandası öz oyununu daha da yaxşılaşdıracaq. Öz oyunumuza gəlincə bərabər səviyyəli matç oldu. Hətta "Qəbələ"nin bir qədər üstün oynadığnı deyə bilərəm. Bizdə hər şey istədiyimiz kimi alınmadı. Müdafiədə və hücumda səhvlər buraxdıq. "Qəbələ"yə uğurlar arzulayıram".
Qeyd edək ki, bu gün ilk yoxlama matçında "Adanaspor"a qalib gələn (2:1) "Qəbələ" ikinci görüşündə "Vorksla"nı 2:1 hesabı ilə məğlub edib.
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər