"Neftçi"nin qapıçılar üzrə məşqçisi Pavels Doroşevs Türkiyənin Antalya şəhərində davam etdirdikləri təlim-məşq toplanışını dəyərləndirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, baş məşqçi Arif Əsədovun proqramına əsasən məşqləri davam etdirdiklərini bildirib:
"Futbolçular bütün tapşırıqları yüz faiz yerinə yetirirlər. Açığı hər şeyin bu qədər yaxşı alınacağını gözləmirdim. Məşq üçün hər bir şərait yaradılıb. Meydança ideal vəziyyətdədir. Çempionatın ikinci hissəsinə yüksək əhval-ruhiyyə ilə hazırlaşırıq. Hər şey əladır".
P.Doroşevs komandanın üç qapıçısı Saşa Stamenkoviç, Aqil Məmmədov və Maksim Vaylo haqda da danışıb:
" Qapıçılarımızdan ikisi təcrübəlidir. Bu yaşda onlar üçün nəyisə kökündən dəyişmək yanlış olardı. Çalışırıq onlar öz güclü tərəfləri ilə zəif cəhətlərini sığortalasınlar. Maksim Vaylonu isə müəyyən qədər istiqamətləndirmək lazımdır. Aqil Məmmədova gəldikdə isə o, əla qapıçıdır və məni yaxşı mənada təəccübəndirdi. Düşünürəm ki, o, Saşa Stamenkoviçlə yüz faiz rəqabət apara biləcək.
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər