"Mən də iddialıyam" - "Qəbələ"nin yeni qapıçsı

"Mən də iddialıyam" - "Qəbələ"nin yeni qapıçsı
XƏBƏR 17 Yanvar 2015 / 00:01 2974
-  A +

“Qəbələ”nin yeni qapıçısı Dmitri Bezotosni klubu və transferinin reallaşması haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun saytına danışan  ukraynalı qolkiper iddialı, qarşısına böyük hədəflər qoyan bir kluba keçdiyi üçün şad olduğunu deyib:

"Bilirəm ki, komanda Avropa Liqasına düşmək üçün mübarizə aparır. Mən də əvvəlki klubum “Çernomorets”lə bu yarışda çıxış etmişəm. Bunun necə xoş olduğunu bilirəm. Yeni komandamla da avrokuboklarda oynamaq istəyirəm. Bunun üçün komandama əlimdən gələn köməyi edəcəm. Baş məşqçimiz Roman Qriqorçuku da “Odessa” klubundan tanıyıram. Bilirəm ki, o da iddialı mütəxəssisdir”.

Qapıçı yeni klubunda olan rəqabətdən, əsas heyətə düşmək üçün mübarizə aparacağından da danışıb:
“Məşqçimiz mənə zəng vurub, dəvət edəndə götür-qoy etdim və razılaşdım. Komandada rəqabətin olması müsbət haldır. Mən də, digər qapıçılar da məşqlərdə çalışıb, özümüzü göstərəcəyik. Nəticə qazanmaq istəyən komandanın məşqçisi də daha güclü olan qapıçıya etimad göstərəcək. Mən də iddialıyam və əsas qapıçı olmaq üçün çalışacağam. Yalnız 6 aylıq anlaşmağımız isə qarşılıqlı razılıq əsasında oldu. Ola bilər ki, yayda anlaşmanı uzadaq."

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu