AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin hazırlıqları ilə daha yaxından tanış olmaq üçün komandanın düşərgəsində olub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komitənin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov baş məşqçi Roman Qriqorçuk, klubun baş meneceri Zaur Əzizov və komandanın rəisi Səbuhi Səfiyarlı ilə görüşüb. Görüş zamanı Ukrayna və Azərbaycan futbolunun müqayisəsi, onların Avropa futbolunda tutduğu yer və aparılan işlərin nisbəti barədə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları gənc futbolçuların yetişdirilməsi və bunun futbolun inkişafı üçün vacibliyi ilə bağlı məsələyə də toxunublar. Bu fikirlər söylənildikdən sonra ortaq məxrəcə gəlinib ki, daha çox diqqət aşağı yaş qruplarından olan komandalara yönəldilməlidir.
Məşqçilər Komitəsinin üzvləri onu da qeyd ediblər ki, aşağı yaş qruplarından olan yığma komandalarda “Qəbələ” Futbol Akademiyasının üzvlərinin yer alması klubda bu istiqamətdə böyük işlərin aparılmasından xəbər verir.
Qriqorçuk da bildirib ki, məşqçilər korpusunun işinin əsas istiqamətlərindən biri akademiyada görülən işlərin nəticəsinin əsas komandada sərgi kimi nümayiş etdirilməsidir: “Çox istəyirik ki, yaxın zamanda nəticə göstərək. Belə şəraiti olan komanda mütləq liderlər sırasında, 1-ci pillədə qərarlaşmalıdır”.
Yığıncaqda legioner limiti məsələsinə də toxunulub. Qriqorçuk bildirib ki, limitin azaldılmasının futbolun və futbolçuların inkişafına faydalı olub-olmayacağını birmənalı şəkildə demək olmaz. Bunun ölkə futboluna bələd olan mütəxəssislər müzakirə edib, ortaq məxrəcə gəlməlidir. Ukraynalı mütəxəssis onu da əlavə edib ki, gənc futbolçuların bir çoxu böyük futboldakı tapşırıqları yerinə yetirmək iqtidarında deyil.
Görüşdə bunun aradan qaldırılması üçün müəyyən işlərin aparılması, Premyer Liqa klublarının səviyyəsinin artırılması, aşağı dəstədə oyun səviyyəsinin qaldırılması da müzakirə olunub. Qriqorçuk öz növbəsində qeyd edib ki, Azərbaycan futboluna hələ yaxından bələd olmadığından hər hansı fikir yürüdə bilməz. Lakin çempionatın startından sonra bu məsələlərin müzakirəsində daha yaxından iştirak edə bilər.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?