Millimiz 4 yoldaşlıq oyunu keçirəcək

Millimiz 4 yoldaşlıq oyunu keçirəcək
XƏBƏR 16 Yanvar 2015 / 16:00 3455
-  A +

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.
 
Təlim-məşq toplanışları ərzində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə qarşılaşacaqlar.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu