Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarına iddiaçıların Dəvət Mərhələsinə start verib.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, olimpiadanı təşkil etmək istəyən milli olimpiya komitələri və potensial namizəd şəhərlər 2015-ci il sentyabrın 15-dək ilkin ideyalarını İOC-la müzakirə edə bilərlər.
Bu məqsədlə bütün ölkələrə dəvət məktubu göndərilib. Artıq Almaniya, İtaliya və ABŞ bu kampaniyaya qoşulmaq istəyini bəyan edib. İOC-un son Sessiyasında qəbul edilmiş 40 düzəliş namizədlərin sayının artmasına şərait yaradıb. Həmin yeniliklərə əsasən, tender prosesi dəvət əsasında olacaq, namizədliyini irəli sürmək istəyən şəhərlərin əsas üstünlükləri və riskləri daha dəqiq müəyyənləşdiriləcək, Sifariş Ərizəsi və Oyunların təşkilinə xərclər azaldılacaq. Eyni zamanda, İOC 2024-cü il olimpiadasının təşkilinə 1,5 milyard dollar xərcləyəcək.
Qeyd edək ki, namizədliyini irəli sürmək istəyən şəhərlər arasında Bakı da var. Qalib şəhərin adı 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq.
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər