"Qəbələ" Türkiyə klubu ilə bərabərə qaldı

"Qəbələ" Türkiyə klubu ilə bərabərə qaldı
XƏBƏR 16 Yanvar 2015 / 02:00 3992
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün ikinci oyununu keçirib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk yoxlama matçında "Antalyaspor"lu yaşıdları ilə qarşılaşan "qırmızı-qaralar" (0:2) bu dəfə "Kunduspor"un U-17 komandası ilə üz-üzə gəlib.

Matç 2:2 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rüstəm Nuriyev və Eldost Qiyasbəyli fərqlənib. Komandanın toplanış çərçivəsində üçüncü - son oyunu yanvarın 18-i baş tutacaq. Rəqibin adına bu gün aydınlıq gələcək.

Daha çox


Son xəbərlər