Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunadək Rəşad Sadiqov və Aleksey Qayla müqavilə imzalayan “qırmızı-qaralar” bu dəfə heyətə yeni qapıçı cəlb edib. "Qəbələ" ukraynalı qolkiper Dmitri Bezotosnını rənglərinə bağlayıb.
Antalya toplanışı zamanı komandaya qoşulan çərçivə qoruyucusu ilə altı aylıq müqavilə imzalanıb. Bezotosnı artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.
15 noyabr 1983-cü ildə Ukraynada anadan olan Bezotosnı karyerası boyunca "Tovtrı" (2000), "Dnepr-3" (2001), "Saturn-REN TV" (2002-2004), "Metallurq-2" (Zaparojye, 2004-2007), "Metallurq" (Zaparojye, 2007-2011) və "Çenomorets" (2011-2014) klublarında əlcək geyinib. Əsasən Ukrayna klublarının şərəfini qoruyan qapıçı yalnız 2002-2004-cü illəri vətəndən kənarda - Rusiyada keçirib.
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi