“Simurq” Almaniya klubuna uduzdu

“Simurq” Almaniya klubuna uduzdu
XƏBƏR 15 Yanvar 2015 / 19:51 4848
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən “Simurq” bu gün  ikinci yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Georgi Çixradzenin komandası Almaniyanın  “Duysburq” klubu ilə qarşılaşıb. Bu görüşdə "Simurq" 1:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Duysburq” III Bundesliqada mübarizə aparır. 

Xatırladaq ki, “Simurq” Antalyada  ilk yoxlama görüşündə Qazaxıstan “Şaxtyor”una 3:1 hesabı ilə qalib gəlib.

15 yanvar

Yoxlama görüşü

17:30 “Simurq” (Azərbaycan) – “Duysburq” (Almaniya) - 1:4

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq