Yanvarın 13-dən etibarən azərbaycanlı hakimlər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, hakimlərimiz Antalyada nəzəri məşğələlərdə olub, fiziki məşqlər etməklə yanaşı, müxtəlif ölkələrdən gələn komandaların iştirakı ilə keçirilən yoxlama görüşlərini də idarə edirlər.
Hazırlığın startı və qarşıda duran planlarla bağlı danışan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib ki, Antalya toplanışı hakimlərin hazırlığında xüsusi yer tutur:
"Biz yanvarın 27-dək Antalyada təlim-məşq toplanışında olacağıq. İlk növbədə çempionatın baş tutan turlarındakı hakim idarəçilikləri müzakirə olunacaq, təhlillər aparılacaq. Buraxılmış səhvləri araşdıracağıq. Yanvarın 21-dən 26-dək təlimatçı Aleksey Spirin düşərgəmizdə olacaq. Toplanış zamanı əsas diqqət ayıracağımız məqamlardan biri fiziki hazırlıqdır. Bu iş təcrübəli mütəxəssis Namiq Quliyevin səlahiyyətindədir. Hər gün minimum 2 məşq həyata keçiriləcək. Bundan əlavə çox sayda yoxlama görüşlərini idarə etmək planımıza daxildir".
Komitə sədri söyləyib ki, əcnəbi klublar oyunlarının azərbaycanlı hakimlər tərəfindən idarə edilməsində maraqlıdırlar: "Əvvəlki illərdən fərqli olaraq, təlim-məşq toplanışı başlanmazdan bununla bağlı müraciətlər daxil olub. Yanvarın 21-də "Sürix" - "Qarabağ" oyununu azərbaycanlı hakimlər idarə edəcək. Oyunların sayı və keyfiyyəti baxımından problem yaşayacağımızı düşünmürəm".
Komitə sədri sözlərinə belə davam edib: "Zədə səbəbindən toplanışa gələ bilməyənlər var. Munis Abdullayev və Elşən Acalov buna görə Azərbaycanda qalıblar".
Bir neçə gün öncə FİFA referisi adına layiq görülmüş Orxan Məmmədovu isə Afina səfəri gözləyir. Xaqani Məmmədov əlavə edib ki, referi fevralın 1-dən 5-dək müxtəlif imtahanlar verəcək: "Orxan Məmmədov UEFA tərəfindən keçirilən toplanışa qatılacaq. Referi fiziki hazırlıq imtahanından keçəcək və ingilis dilində yoxlanılacaq. Antalya toplanışından sonra Orxan səfərə hazır yollanacaq".
Xaqani Məmmədov hakim səhvlərindən də danışıb: "Əslində, çempionatın həlledici mərhələsində səhvlər çox ola bilər. Amma bizdə əksinədir. Medallar uğrunda mübarizə zamanı hakim səhvləri çoxalmalıdır. Bizdə isə çempionatın sonunda hakim səhvləri az qeydə alınır. Hakimlər çempionatın müəyyən hissəsi arxada qaldıqdan sonra özlərinə gəlirlər. Bunun səbəbi isə yay təlim-məşq toplanışı zamanı yoxlama görüşlərinin sayının az olmasıdır. Həmin səhvlər müzakirə edilir, səbəblər tapılır. Əgər biz səhvin olmayacağını desək, özümüzü aldatmış olarıq. Nə qədər ki hakimlik var, səhvlər də olacaq. Səhvləri minimuma endirməliyik. Biz çempionatın həlledici mərhələsinə tam hazır olmalıyıq".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?