"Qəbələ"yə qarşı matç bizim üçün önəmli idi. Çünki fasilədə komandada baş məşqçi dəyişikliyi gerçəkləşmişdi. Türkiyə superliqasında turnir cədvəlində hazırda yaxşı mövqedə deyilik. Buna görə də çempionata yaxşı hazırlaşmalıyıq. Hər oyuna ciddi yanaşırıq. Bu gün "Qəbələ"yə qarşı istədiyimiz kimi oynadıq. Həm hücumda, həm də müdafiədə yaxşı təsir bağışladıq. Bu cür matçlarda çatışmazlıqlarımızı görə bilirik".
Bu sözləri Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə "Eskişehirspor"un kapitanı Sezgin Coşkun "Qəbələ"yə qarşı yoxlama matçından (3:1) sonra deyib.
O, "Qəbələ"nin birinci hissədə topa daha çox sahib olduğunu bildirib: "Qəbələ" yaxşı və ciddi komandadır. Birinci hissədə topa daha çox sahib olan tərəf "Qəbələ" idi. Ancaq həlledici zərbələrdə dəqiq ola bilmədilər. "Qəbələ"yə Azərbaycan Premyer Liqasında uğurlar arzulayıram".
S.Coşkun Azərbaycanda futbol inkişaf etdiyini də söyləyib: "Azərbaycan klublarından "Qarabağ"ın uğurları barədə məlumatım var. Komandanın kapitanı Rəşad Sadıqovla komanda yoldaşı olmuşam. Onun kimi bir oyunçuya sahib olduğunuz üçün çox şanslısınız. Ümid edirəm ki, Azərbaycan millisi və klubları Avropada uğurlu nəticələr əldə edəcək. Azərbaycanın uğuru bizim uğurumuzdur.
S.Çoşkun millimizin yeni baş məşçisi Robert Prosineçki haqda da müsbət fikirlər səsləndirib: "Prosineçki "Kayserispor"u çalışdırdığı dönəmdə komanda yaxşı futbol oynayırdı. Bu cür məşqçilərin həm Türkiyədə, həm də Azərbaycanda işləməsi futbolçular üçün yaxşıdır. Onların futbol bilgisindən, təcrübəsindən yararlanmaq laızmdır. Prosineçkinin Azərbaycanda yaxşı nəticələr əldə edəcəyinə inanıram".
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı
"Trabzonspor" və "Kayrat" qalib gəldilər
"Milan" və "Beşiktaş"dan qələbə
Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi