"Qəbələ" ilə oyunda şans bizim tərəfimizdə oldu"

"Qəbələ" ilə oyunda şans bizim tərəfimizdə oldu"
XƏBƏR 14 Yanvar 2015 / 22:28 2402
-  A +

"Eskişehirspor" klubunun baş məşqçisi Mixael Skibbe "Qəbələ" ilə keçirilən yoxlama oyunu haqda fikirlərini bölüşüb.

 Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə açıqlamasında almaniyalı mütəxəssis bu görüşdə şansın komandasının tərəfində olduğunu bildirib:

"Yaxşı oyun alındı. Hər iki komandanın qol vurmaq imkanları var idi. Ancaq şans bizim tərəfimizdə oldu".

Qeyd edək ki, "Eskişehirspor" klubu yoxlama görüşündə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəlib.  

Daha çox


Son xəbərlər