"Qarabağ"ın iki oyununun başlama saatı müəyyənləşdi

"Qarabağ"ın iki oyununun başlama saatı müəyyənləşdi
XƏBƏR 14 Yanvar 2015 / 20:07 5521
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın iki yoxlama matçının başlama saatı müəyyənləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ" ilk yoxlama oyununu yanvarın 17-i Xorvatiya təmsilçisi "RNK Split"ə qarşı keçirəcək. Saat 17:00-da başlayacaq qarşılaşma Belek bölgəsindəki "Piapilyon" hotelinə məxsus futbol meydançasında baş tutacaq.

Yanvarın 21-i oynanılacaq "Sürix"lə qarşılaşma isə 17:30-da komandanın məskunlaşdığı "İC Santai"nin futbol meydançasında keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" növbəti yoxlama oyunlarında “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı Rusiyanın “Mordoviya” (29 yanvar), Bolqarıstanın “Levski” (24 yanvar), Polşa çempionu, cari Avroliqanın 1/16 finalçısı “Legiya” (27 yanvar), hazırda Rumıniya çempionatında dördüncü olan “Tarqu Mureş”lə (31 yanvar) qarşılaşacaq. Bu matçların isə başlama vaxtı hələlik dəqiqləşməyib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq