"Qəbələ"nin oyunlarının vaxtı dəyişdi

"Qəbələ"nin oyunlarının vaxtı dəyişdi
XƏBƏR 14 Yanvar 2015 / 10:15 1266
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin yoxlama oyunlarının vaxtında dəyişiklik baş verib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu dəyişiklik qış hazırlıq prosesinin ikinci hissəsində baş tutmalı olan qarşılaşmalarla bağlıdır.

Həmin mərhələdə 3 sınaq matçına çıxacaq Roman Qriqorçukun komandası yanvarın 22, 25 və 29-da yox, 23, 25 və 27-də gücünü sınayacaq.

Qeyd edək ki, “Qəbələ” yanvarın 28-i axşam saatlarında vətənə qayıdacaq.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq