"İnter" Almaniya klubu ilə heç-heçə etdi

"İnter" Almaniya klubu ilə heç-heçə etdi
XƏBƏR 13 Yanvar 2015 / 19:00 4556
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən Bakının “İnter” klubu bu gün ikinci yoxlama görüşünə çıxıb.

Qol.Az-ın məlumatına görə. Kaxaber Sxadadzenin komandası Almaniyanın “Energi” klubu ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "İnter"in qolunu 4-cü dəqiqədə Nizami Hacıyev vurub. 17-ci dəqiqədə isə "İnter"dən Laşa Salukvadze "qırmızı vərəqə" alıb.

Xatırladaq ki, “İnter” ilk yoxlama matçında Türkiyənin  təmsilçisi “İnegölspor”la üz-üzə gəlmiş və 4:1 hesablı qələbə qazanmışdı.
 
 


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq