"Yalnız çempionluq iddiası ilə qayıdacağıq" - Flavinyo

"Yalnız çempionluq iddiası ilə qayıdacağıq" - Flavinyo
XƏBƏR 13 Yanvar 2015 / 15:46 2951
-  A +

“Neftçi”nin kapitanı Flavinyo klubun rəsmi saytına açıqlamasında komandasının Antalyadakı təlim-məşq toplanışından danışıb.

Qol.Az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçisi hazırlığın yüksək səviyyədə keçdiyini, mövsümün ikinci yarısında daha iddialı olacaqlarını bildirib:

“Hazırlığımız çox yaxşı gedir. İki gündür məşq edirik. Düzdür, çətinlik çəkirik. Çünki  uzun müddətdir məşq etmirdik. Bu iki gündə gördük ki, komandada istək çoxdur. Hər gün yağış yağsa da, hazırlığımızdan qalmırıq.İqlimdən şikayət etmək düzgün olmaz. Əlimizdən gələn qədər məşq etməliyik.  İnanıram ki, bu haazırlığqdan sonra Azərbaycana yalnız çempionluq iddiası ilə qayıdacağıq. Lider “Qarabağ”dan bizi 8 xal ayırır. Onlarla mübarizə çətin olacaq”.




Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq