"Bakı" klubu futbolçu Rəhman Hacıyevlə yollarını rəsmən ayırıb.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. Klub rəsmisi R.Hacıyevin istədiyi komandada çıxışı üçün heç bir problemin qalmadığını vurğulayıb:
"Rəhman və meneceri irəli sürdüyümüz bütün şərtlərlə razılaşdı. Müvafiq sənədlər imzalandı. Biz eyni addımı komandamızın məşqlərinə qatılmayan və Klublar Komitəsinin qərarına istehza ilə yanaşan Nurlan Novruzovdan da gözləyirik".
Qeyd edək ki, Rəhman Hacıyev Nurlan Novruzovla birgə bir neçə gündür "Bakı"nın qış hazırlığına qatılmırdı. Onun sərbəst agent statusu aldıqdan sonra "Neftçi"yə keçəcəyi gözlənilir.
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi