“Hələ 2012-ci ildə 16 yaşım olanda “Qəbələ”nin əsas heyətinə cəlb olunmuşdum. Onda komandanın baş məşqçisi Fatih Kavlak idi. Ondan sonra əsas komandadan ayrı düşsəm də, məşqlərdə çalışıb, əvəzedici və U-19 komandasının oyunlarında özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. İnanırdım ki, yenidən əsas komandaya qayıdacam. Qış təlim-məşq toplanışı öncəsi məşqçimiz dedi ki, əvəzedici heyətin 5 üzvü də əsas komandanın hazırlıqlarına qatılacaq. Özümə güvəndiyimdən bu oyunçular arasında yer alacağımı bilirdim”.
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Elnur Mustafazadə klubun rəsmi saytına açıqlamasında deyib.
E.Mustafazadə “Qəbələ”nin tarixində rəsmi matçlarda meydana çıxan ən gənc futbolçudur. 2011/12 mövsümündə 2012-ci il aprelin 29-da “Bakı” ilə ev matçının (4:0) 73-cü dəqiqəsində Dodonu əvəzləyən yarımmüdafiəçi 16 yaş 7 ay 25 günlüyündə əsas komandada debüt edib.
Debüt oyunundan sonra əsas komandada oynamaq imkanı qazanmayan Mustafazadə yenidən “qırmızı-qaralar”ın uğurları üçün çalışmağa hazır olduğunu bildirib:
“Əsas komandada möhkəmlənməyim özümdən asılıdır. Özümü yaxşı tərəfdən göstərsəm, burada qala bilərəm. Bunun üçün də əlimdən gələni edəcəyəm. Çox istəyirəm ki, “Qəbələ”nin uğur qazanması üçün çalışmaq imkanı əldə edim. Əsas komandada özümü rahat hiss edirəm, heç bir çətinlik yoxdur. Çünki gənclərin hamısı akademiyadan tanıdığım futbolçulardır. Daha təcrübəlilər isə biz gənclərə dəstək olur, kömək edirlər. Yeni baş məşqçimiz Roman Qriqorçuk haqda yalnız onu deyə bilərəm ki, gənclərə xüsusi diqqət yetirir. Bizim çalışmaları izləyir, hər səhvimizi, çatışmazlığı deyir, bunu aradan qaldırmaq üçün məsləhətləri ilə bizə dəstək olur”.
Qeyd edək ki, Elnur əvəzedicilərin çempionatında mövsümün ilk yarısında 8 oyun keçirib, 3 qol vurub.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?