Azərbaycan Premyer Liqasının XII turunda “Xəzər Lənkəran”a qalib gələn Bakının “İnter” klubu 4 seriyaya son qoyub.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ardıcıl 5 heç-heçə edən paytaxt təmsilçisi VI turun sentyabrın 19-dakı matçında “Bakı”nı 7:0 hesabı ilə məğlub edib.
62 gündən sonra qələbə qazanan Kaxaber Sxadadzenin komandası son 4 qarşılaşmanı qolsuz bitirib. VII turun sentyabrın 27-dəki görüşündə AZAL-la heç-heçə edən (1:1) “İnter” 54 gündən sonra qollu matçın iştirakçısı olub.
Həmin oyunun 4-cü dəqiqəsində Kərim Diniyevin qoluna üzülən Səlahət Ağayev 4 “quru” matçdan sonra Fernando Qabrielin uzatma dəqiqələrində fərqlənməsinin qarşısını ala bilməyib. Beləliklə 535 “quru” dəqiqə keçirən qolkiper mövsümün rekorduna imza atıb.
Paytaxt təmsilçisinin özü AZAL-la oyunun 76-cı dəqiqəsindən sonra ilk dəfə qol vurub. Mikel Alvaronun həmin qolundan 384 dəqiqə sonra Junior Nildo fərqlənib.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi