"İnter" klubu dünən Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilən "İnter" - "Xəzər Lənkəran" matçından sonra yaşanan qalmaqalla bağlı bəyanat yayıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda bütün komandalara hörmətlə yanaşıldığı və baş məşqçi Kaxaber Sxadadzenin oyundan sonra keçirilən mətbuat konfransında hər hansı bir hörmətsizliyə yol vermədiyi açıqlanıb:
"İnter" rəhbərliyi bir sıra Kütləvi İnformasiya Vasitələrinin Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “İnter” - Xəzər-Lənkəran” matçından sonra baş vermiş hadisəyə münasibətini birmənalı qarşılamır.
Klub rəhbərliyi tənqidə açıq olduğunu vurğulamaqla yanaşı bildirir ki, “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze barədə futbol ictmaiyyətinə təqdim olunan materiallar obyektiv dəlil və faktlara əsaslanmalıdır. “İnter”in rəhbərliyi müvafiq futbol qurumlarının hüquqi qiymət verməsinədək “İnter”-“Xəzər-Lənkəran” matçından sonra baş vermiş hadisə ilə bağlı məlumatlara yer ayrılmasını tələskənlik kimi qiymətləndirir.
Komandanın baş məşqçisi oyunsonrası mətbuat konfransında "Xəzər-Lənkəran" komandasına böyük hörmətlə yanaşdığını və oyundan sonra rəqibə qarşı hər hansı bir hörmətsizliyə yol vermədiyini açıqlayıb. “İnter” klubu bir daha bəyan edir ki, bütün klublara hörmətlə yanaşır və Sxadadze haqqında faktlara söykənməyən məlumatların informasiya məkanınında yayılmasını düzgün addım saymır.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi