"Traktor Sazi" məğlub oldu

"Traktor Sazi" məğlub oldu
XƏBƏR 21 Noyabr 2014 / 17:54 2717
-  A +

İran çempionatında 15-ci turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu səfərdə "Naft Tehran"ın qonağı olub.

"Traktor Sazi" klubu Tehran təmsilçisinə qalib gələcəyi təqdirdə liderliyini bir qədər möhkəmləndirəcəkdi. Lakin oyun qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Təbriz klubu məğlubiyyətə baxmayaraq 15 turdan sonra 28 xalla turnir cədvəlinə başçılıq edir.

 


21 noyabr

İran çempionatı, 15-ci tur

15:30. "Naft Tehran" - "Traktor Sazi" - 2:1
Qollar:
Rezai, 43 (1:0), Bicay, 45 (1:1), Rezai, 56 (2:1)


Son xəbərlər