“Neftçi” Braziliyanın Azərbaycandakı Səfirliyinə bu ölkənin Respublika elan olunmasının 125 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi adından göndərilmiş məktubda Braziliya xalqının 15 noyabr – Respublika Günü bayramı təbrik edilib. Qeyd olunub ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da braziliyalı futbolçulara üstünlük verilir. Təsadüfi deyil ki, “Neftçi”-yə transfer olunan futbolçuların arasında Braziliya vətəndaşları çoxluq təşkil edir. Bundan başqa Azərbaycan və Braziliya dövlətləri arasında inkişaf edən əlaqələrin yüksək səviyyədə olması da məktubda vurğulanıb. Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santiaqo Luis Bento Fernandez Alcazara üzərində “Neftçi”nin kapitanı, braziliyalı futbolçu Flavinyonun, eləcə də komandanın digər üzvlərinin imzası olan top hədiyyə olunub.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi