Ölkəmizdə ilk dəfə olaraq, İspaniyanın "Barselona" klubunun düşərgəsi Bakıda fəaliyyətə başlayacaq.
Qol.Az-ın məlumatına görə, düşərgə "İnter" klubunun nəzdində, "İnter Arena"da (Şəfa stadionu) açılacaq. Fiziki hazırlığından asılı olmayaraq, 6-16 yaş arasında istənilən uşaq "Barselona"nın düşərgəsində iştirak edə biləcək.
Düşərgənin açılış mərasimi və mətbuat konfransı noyabrın 17-i, saat 15:00-da "İnter Arena"da keçiriləcək. Tədbirdə Barselona Futbol Klubu Akademiyasının koordinatoru Fredi Martin, məşqçilər Sergi Pi və Andreu Cerarols, həmçinin, "İnter"in vitse-prezidenti Müzəffər Novruzəliyev iştirak edəcək.
Qeyd etmək lazımdır ki, UEFA lisenziyalı bu məşqçilərin 15 ildən artıq məşqçi təcrübəsi, futbol üzrə magistr dərəcəsi vardır. Konfransda qonaqlar Azərbaycanda "Barselona"nın düşərgəsi haqda danışıb, jurnalistlərin suallarını cavablandıracaq və bu layihə haqda ətraflı məlumat verəcəklər.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın