İspaniya millisinin qapıçısının barmağı sındı

İspaniya millisinin qapıçısının barmağı sındı
XƏBƏR 15 Noyabr 2014 / 12:47 3765
-  A +

İspaniya millisi ciddi itki ilə üzləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın qapıçısı David de Xeanın məşq zamanı barmağı sınıb. Hazırda müalicə olunan 24 yaşlı qolkiperin "Avro-2016"nın seçmə mərhələsində Belarus və Almaniya millisinə qarşı yoldaşlıq matçında iştirakının çətin olduğu bildirilib.

Qeyd edək ki,  İspaniya - Belarus matçı bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk