"Bakıda üç xal qazanmaq asan olmayacaq"

"Bakıda üç xal qazanmaq asan olmayacaq"
XƏBƏR 14 Noyabr 2014 / 19:00 3221
-  A +

"Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Norveç yığmasının futbolçusu Tarik Elyunussi qarşıdakı oyunla bağlı danışıb.

Qol.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan millisinə qalib gəlməyin asan olmayacağını bildirib:

"Azərbaycan millisi haqda geniş məlumat əldə etməyimiz üçün vaxtımız olmadı. Ona görə Bakıda 3 xal qazanmağımız asan olmayacaq".

Qeyd edək ki, noyabrın 16-da 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 21:00-da başlayacaq.


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk