Azərbaycan – Norveç oyununun fasiləsində müsabiqə keçiriləcək

Azərbaycan – Norveç oyununun fasiləsində müsabiqə keçiriləcək
XƏBƏR 14 Noyabr 2014 / 00:30 3353
-  A +

AFFA-nın təşəbbüsü və Norveçin “StatOil” şirkətinin sponsorluğu ilə noyabrın 16-da, saat 21:00-da, 8-ci klometr qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyununun fasiləsində azarkeşlər üçün müsabiqə təşkil olunacaq.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  fasilədə peşəkar qapıçı topu tribunaya atacaq və topu tutan şəxs müsabiqədə iştirak etmək şansı qazanacaq.

Penalti vurmaq şansı əldə edən azarkeş 3 fürsətdən 2-ni dəqiq yerinə yetirəcəyi təqdirdə qalib hesab olunacaq və milli komandanın forması əldə etməklə yanaşı gələn ilin iyunun 12-də baş tutacaq Norveç – Azərbaycan qarşılaşmasında iştirak etmək hüququ qazanacaq.

 Qeyd edək ki, təyyarə və oyun bileti, oteldə 1 gecə qalma və viza xərci “StatOil” şirkəti tərəfindən ödəniləcək.

Müsabiqənin şərtləri:

1) Qapıçı topu tribunaya yalnız 1 dəfə atacaq;

2) Müsabiqədə iştirak etmək üçün qapıçının atdığı topu tutmaq;

3) Qapıçının qoruduğu qapıya 3 fürsətdən ən azı 2 qol vurmaq;

Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk