Valdes sağalır

Valdes sağalır
XƏBƏR 11 Noyabr 2014 / 10:11 3163
-  A +

"Barselona"nın sabiq qapıçısı Viktor Valdes zədəsini sağaltmaq üzrədir.

Qol.Az-ın məlumatına görə, bu barədə ispan qolkiper "Tvitter" hesabından yazıb. Hazırda "Mançester Yunayted"in məşqlərində iştirak edən V.Valdes tez bir zamanda yaşıl meydanlara qayıdacağını deyib:

"Mançester Yunayted"də məşqlər  yaxşı keçir. Demək olar ki, hazıram. Uzun müddət mənə mesajlar göndərərək dəstək olan azarkeşlərə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, V.Valdes zədəsini tam sağaltdıqdan sonra "MY" ilə müqavilə imzalayacaq.

Daha çox


Son xəbərlər