"Həyatta ən sevdiyim şey futbol oynamaq və bacardığımın ən yaxşısını etməkdir. Mükafatlar qazanmaqdan heç vaxt yorulmayacam".
Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo deyib.
Ötən mövsüm İspaniya La Liqasının "ən məhsuldar futbolçusu" mükafatına layiq görülən portuqaliyalı futbolçu bundan sonra da öyrənməyə davam edəcəyini bildirib:
"Bəlkə də, hazırda karyeramın pik nöqtəsindəyəm. Hər mövsüm ən yaxşı olmağa çalışıram. Gün gələcək bunu edə bilməyəcəm, ancaq zirvəyə yüksəlməyə çalışacam. Bu mövsüm ötürmələrim və vurduğum qollarla komanda kömək edirəm. Komanda olaraq da yaxşı səviyyədəyik. Öyrənməyə davam etmək istəyirəm".
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev
“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Neymar DÇ-2026 üçün ilkin heyətə daxil edildi
"Zirə" - "Kəpəz" matçında vurulan 4 qol - Video
"Mançester Siti" ilə oyunu buraxacaq
Sadıqovdav şüarlara cavab
La Liqa prezidenti Xavinin Messi açıqlamasını təkzib etdi
"Atletiko" Qonsalesi transfer etməyə tələsmir
Hakimi tənqid etdiyinə görə cərimələndi
"Neftçi" - "Turan Tovuz": Heyətlər