"Çelsi"də yeni müqavilə

"Çelsi"də yeni müqavilə
XƏBƏR 10 Noyabr 2014 / 18:57 3442
-  A +

"Çelsi" klubunun futbolçusu Oskar komandası ilə müqavilə yeniləyib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu 2019-cu ilə qədər London təmsilçisinin şərəfini qoruyacaq.

"Çox xoşbəxtəm. Çünki "Çelsi"də oynamağı və İngiltərədə yaşamağı çox sevirəm. Geridə qalan iki mövsümdən böyük zövq aldım. Artıq daha 5 il burada qalacam" - deyə 23 yaşlı futbolçu bildirib.

Qeyd edək ki, 2012-ci ildə 25 milyon funt-sterlinq qarşılığında "İnternasional" klubundan "Çelsi"yə transfer olunan Oskar bu komandanın heyətində keçirdiyi 126 oyunda 27 qol vurub və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner