Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov jurnalistlərlə görüşündə AİBA Pro Boxing turnirində Rusiya idmançısı Andrey Zamkovoya məğlubiyyəti haqda danışıb.
Qol.Az-ın Sportpress.az-a istinadən yaydığı xəbərə görə,, boksçu görüş ərəfəsində ciddi xəstələndiyini bildirib: “Bir ay əzrində xəstə olduğum üçün görüşə istədiyim kimi hazırlaşa bilmədim. Bunu o görüşdən əvvəl desəydim başqa tərzdə anlaşılacaqdı. Amma xəstələndiyimə görə istədiyimi rinqdə göstərə bilmədim. O qədər ciddi xəstələnmişdim ki, hətta görüşə çıxmaq istəmirdim. Digər təmsilçimiz Məhəmmədrəsul Məcidov xəstələndiyinə görə görüşə çıxmadığından mənim başqa yolum yox idi. Mən döyüşməli idim. Azərbaycan belə mötəbər yarış keçirdir. Belə halda iki boksçu rinqə çıxmasaydı azarkeşlər tərəfindən düzgün qəbul edilməzdi. Məcidov döyüşəcəyi halda mən görüşə çıxmayacaqdım. Əgər hər ikimiz rinqdə olmasaydıq Azərbaycan azarkeşi yerli boksçuların döyüşünü izləməyəcəkdi. Xəstələyim adi məşqlərdə belə lazımi fəndləri yerinə yetirməyə mane olurdu. Buna baxmayaraq risk etdim.”
Andrey Zamkovoya məğlubiyyətdən sonra burnundan zədələnən Fariz Məmmədov hazırda müalicəsini davam etdirir. Həkimlər ona 3 ay ərzində rinqə çıxmağa icazə verməsə də, o noyabrın son günlərində AİBA Pro Boxing turnirində mübarizə aparmaq niyyətindədir: “Belə zədədən sonra 3 ay idmanla məşğul olmaq olmaz. Amma noyabrın 29-30-u ikinci turun görüşləri olacaq. İstəyirəm hazırlaşım və rinqdə əsl gücümü göstərim. Sadəcə həkimlər son qərarı verməyə tələsmir. Noyabrın 15-də son qərar veriləcək. Həkimlər icarə verməsə ikinci görüşdə iştirak edə bilməyəcəm. Çünki, onlar belə halda rinqə çıxmağın sağlamlığıma ziyan olduğunu bildirir.”
Karyerası barədə danışan Fariz Məmmədov ən böyük arzusunun olimpiya çempionluğu olduğunu dedi: “Zamkovoya uduzandan sonra belə fikrimdən daşınmadım. Əsas ölkəmiz üçün layiqli vətəndaş olmaqdır. Arzumuz isə dünya, Avropa və nəhayət olimpiya çempionluğudur. Əgər AİBA Pro Boxing turnirində alınmasa digər turnirlərdə lisenziya qazanmağa çalışacam. 34 yaşım var və mən karyeramı başa vurmaq barədə düşünmürəm. Məqsədim olimpiadaya vəsiqə qazanmaq və orada finalda mübarizə aparmaqdır. Bilirəm ki, bu məqsəd çox çətindir. Amma bunun üçün gecə-gündüz məşq etməyə hazıram.”
Məlum səbəbdən 7 il boksla məşğul olmadığını deyən boksçu 2015-ci ildə artıq əvvəlki formasını tam bərpa edəcəyini söylədi. Onun sözlərinə görə gələcəkdə azarkeşlər onu yenidən peşəkar rinqdə görmək imkanı qazanacaq.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?