Azərbaycan Premyer Liqasının XI turunun “Bakı” ilə oyunundan sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib.
Qol.Az-ın klubun saytın aistinadən yaydığı xəbərə görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə 4 gün istirahət edən “qırmzı-qaralar” noyabrın 7-dən məşqlərə start verib.
Dünən ilk məşqinə çıxan komanda hazırlığın ilk mərhələsini doğma stadionda keçirir. Məşqlərdə milli komandaların düşərgəsində olan oyunçular, həmçinin zədəli Ruslan Əmircanovla Ürfan Abbasov iştirak etmir. Bu iki futbolçu məşqin bəzi bölümlərində kollektiv çalışmalara qoşulur, bəzilərində isə digər zədəli Vladimir Levin kimi fərqi məşq edir. Bu günə iki hazırlığı planlaşdırılan Dorinel Muntyanunun komandası sabah yoxlama matçı keçirəcək.
Komanda əvəzedici heyəti sınağa çəkəcək. Noyabrın 10-da da iki məşqi olan “Qəbələ” ertəsi gün Bakıya yollanmağı planlaşdırır. Belə ki, noyabrın 20-də paytaxtda AZAL-la keçiriləcək Premyer Liqa matçı öncəsi daha bir yoxlama matçı nəzərdə tutulub. “Qırmızı-qaralar” ayın 12-də “Sumqayıt”la üz-üzə gələcək. Bu qarşılaşma “Kapital Bank Arena”da baş tutacaq və saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Premyer Liqanın 11 turundan sonra aktivində 17 xal olan “Qəbələ “ turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi