AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda növbəti matçlar baş tutub.
Qol.Az-ın gabalafc.az saytına istinadən yaydığı xəbərə görə, Qəbələ” Futbol Akademiyasının təmsilçiləri üçün son 1 həftə də uğurlu alınıb. Vahid liqalarda çıxış edən U-19, U-17, U-16, U-15-in iştirakı ilə keçirilən 5 oyunda 4 qələbə qazanan “qırmızı-qaralar” 3 yarışın lideridir. U-19 öz meydanında “Bakı” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 6 matçda topladığı 13 xalla 5-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Qarabağ”ın qonağı olacaq.
R
əqib meydanında “İnter”i 3:2 hesabı ilə məğlub edən U-17-nin növbəti rəqibi “Neftçi” İK İB olacaq. Ardıcıl 6 qələbə qazanan “Qəbələ” ev oyunu öncəsi vahid liderliyini davam etdirir.
“İnter” üzərində 3:0 hesablı səfər qələbəsi qazanan U-16 da vahid liderdir. 6 matçda 16 xal toplayan “qırmızı-qaralar” qarşıdakı turda evdə “Turan”ı sınağa çəkəcək.
Litvadakı beynəlxalq turnirdən qayıdandan sonra iki oyun keçirən U-15 evdə AZAL-ı 6:1 hesabı ilə məğlub edib, səfərdə “İnter”ə uduzub – 3:4. 7 matçda 16 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Növbəti turdakı rəqib isə “Xəzər Lənkəran” olacaq.
Digər komandalar isə zona yarışlarında növbəti matçlarda qüvvəsini sınayıb. Paytaxt zonasında çıxış edən U-14 “Sərhədçi” ilə görüşdə çətinlik çəkmədən qalib gəlib – 11:0. Növbəti turda “Vətən”i sınağa çəkəcək “Qəbələ” 6 turdan sonra 13 xalla 3-cü sırada yer alıb.
Şimal, Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-12 Oğuzun UGİM-ini 12 cavabsız qolla məğlub edib. 6 matçda 14 xal toplayan “Qəbələ” lider mövqeyində qərarlaşıb. Komanda Şəki UGİM-i ilə üz-üzə gələcək. “Daşqın”la qarşılaşan U-11 də böyükhesablı qələbə əldə edib – 4:1. Növbəti matçda Qax UGİM-ini sınağa çəkəcək U-11 yarışın liderləri sırasındadır.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?