"Qalib gəlməsək, istefa verəcəm" - Hiddink

"Qalib gəlməsək, istefa verəcəm" - Hiddink
XƏBƏR 7 Noyabr 2014 / 17:34 5989
-  A +

Hollandiya millisinin "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacağı Latviya ilə oyun "narıncılar"ın baş məşqçisi Quus Hiddink üçün son matç ola bilər.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 67 yaşlı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında qarşıdakı görüşdə qələbə qazanmayacaqları təqdirdə istefa verəcəyini açıqlayıb.

"Latviyaya qalib gəlməsək, istefa verəcəm" - deyə Hiddink bildirib.

Qeyd edək ki, Hiddinkin rəhbərlik etdiyi Hollandiya yığması "Avro-2016"nın seçmə mərhələsində keçirdiyi 3 oyundan sonra 3 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner