“Bakı”nın müdafiəçisi Vüqar Bəybalayev klubun rəsmi saytına müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir:
- “Bakı”ya gəlişini necə xatırlayırsan?
- İlk dəfə Məqsəd Yaqubəliyev əvəzedici heyətın baş məşqçisi işlədiyi vaxt baxışa gəldim. İlk məşqdən sonra Məqsəd müəllim bundan sonra bizimlə olacaqsan dedi. Bundan bir ay sonra Gürcüstana Batumidəki təlim-məşq toplanışına sənədləri hazırlamağı tapşırdı. Beləliklə klubun üzvünə çevrildim.
- Premyer Liqada debütun Bakıda yox, Tovuz “Turan”ında olub. Bu necə alındı?
- Əvəzedici heyətdə “Turan”a qarşı oyunda “Turan” rəhbəliyi oyunumu bəyənərək klub rəhbərliyi ilə razılığa gəlib məni istəmişdi. Rəhbərlik və məşqçilər heyəti mənə ora getməklə böyük futbola, Premyer Liqaya qalxmaq üçün yaxşı fürsət yarandığını bildirdilər. Mən də düşünmədən dərhal bu təklifi qəbul etdim. Ertəsi gün icarə əsasında Tovuza yollandım. Premyer Liqada debütüm də bu klubun heyətində baş tutdu.
- “Turan”dan qayıdandan sonra bir müddət ehtiyatda qalırdın. İbrahim Uzuncanın baş məşqçi təyinatından sonra daim əsas heyətdə çıxış edirsən. “Bakı” carı çempionatda əsasən klubun akademiyasında yetişmiş, oyun praktikası az olan gənclərə güvənməklə milli çempionata yeni bir etalon gətirdi. Bu komanda ilə çempionata uyğunlaşmaq sənin üçün necə keçdi?
- Düzün desəm, ilk matçlarda hər birimizə bir qədər çətin idi. Premyer liqada oynamaq üçün az da olsa, vaxt lazım idi. Göründüyü kimi bir neçə oyun keçirdikdən sonra komandamız xallar qazanmağa başladı. Komandadakı gənclər əvəzedicilərin çempionatında bir yerdə oynayıb. Çoxumuz İbrahim Uzuncanın rəhbərliyi altında çempion olmuş komandadanıq. Bu amillə yanaşı təcrübəli azərbaycanlı və legionerlərimizin də yaxşı oyunçu olmasının uğurlarımızda böyük rolu olduğunu düşünürəm. Gənclərlə çıxış etmək nə qədər çətin olsa da, bu, özünü doğrultmaqdadı.
- İlk dövrə arxada qalıb. Ən çətin oyun hansı oldu?
- Qırmızı vərəqəyə görə buraxdığım matçdan başqa, Premyer Liqanın bütün oyunlarda iştirak etmişəm. Çempionatda asan oyun və komanda yoxdur. Bütün oyunlar çətin keçir.
- Bildiyin kimi 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının 4 oyunu Azərbaycanda oynanılacaq. Bu vaxta qədər milli komandamızda nəsil dəyişəcək. Millidə oynamaq, Bir gənc kimi Avropa çempionatına qatılmaq şanslarını necə görürsən?
- 4 qarşılaşmanın ölkəmizdə keçirilməsi çox gözəl haldır. Millimizi də həmin Avropa çempionatında görmək istərdim. O vaxta kimi millidə oynamaq şərəfinə nail olmağı arzulayıram. Bunun üçün çox çalışacağam.
- “Qarabağ” UEFA kubokunda səfərdə “Dnepr”i məğlub etməklə bütün Avropanı təəccübləndirdi. Komandamızın növbəti mərhələ şanslarını necə görürsən?
- “Qarabağ” ölkəmizi indiyə kimi layiqincə təmsil edib. Bundan sonra da elə olacağına şübhəm yoxdur. Növbəti mərhələyə cıxmaq şansı var və bunu bacaracaqlarına inanıram.
- Akademiyadakı yeniyetmələrə tövsiyyələrin…
- Akademiyadakı yeniyetmələrə ilk öncə nizam-intizama fikir vermələrini, böyük-kiçik bilmələrini, həmişə böyüklərə hörmət etmələrini tövsiyə edirem. Birdə ki, çoxlu əlavə məşq etməyi unutmasınlar.
- “Bakı”nı çətin vəziyyətdə tək qoymayan azarkeşlərə nə deyə bilərsən?
- Meydanlara gələn və ya gəlməyib bizi dəstəkləyən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Hər oyun meydanda komandamızı tək qoymayan “The Capital” azarkeş qrupunun hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm.
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər