Azad Rəhimov: “Qarabağ” yaxşı oynadı”

Azad Rəhimov: “Qarabağ” yaxşı oynadı”
XƏBƏR 7 Noyabr 2014 / 12:07 4006
-  A +

Gənclər və İdman Naziri Azad Rəhimov Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” – “Dnepr” matçını (1:2) Braziliyanın idman naziri Aldo Rebelo ilə birgə izləyib.

Qol.Az-ın Sportpress.az-a istinadən yaydığı xəbərə görə, görüşdən sonra 2 ölkə nazirləri “Qarabağ”ın paltardəyişmə otağına üz tutublar. Azad Rəhimov “Qarabağ”ın yaxşı oynadığını, komandanın sona kimi meydanda layiqli mübarizə apardığını qeyd edib.

Sonda nazir komandaya Avroliqadakı növbəti 2 oyunda uğurlar arzulayıb.


Son xəbərlər
topaz banner