"Qarabağ"ın rəqibində yeni müqavilə

"Qarabağ"ın rəqibində yeni müqavilə
XƏBƏR 6 Noyabr 2014 / 17:36 2315
-  A +

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Dnepr" klubu hücumçusu Nikola Kaliniçlə müqavilə yeniləyib.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, xorvatiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Mövcud sözləşməsi 2015-ci ildə başa çatacaq 31 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2019-cu ilə qədər "Dnepr"in şərəfini qoruyacaq. 

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2011-ci ildə 6 milyon avro qarşılığında "Bləkbörn" klubundan "Dnepr"ə transfer olunub.


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk