Üzlərini "Qarabağ"ın rənginə boyayacaqlar

Üzlərini "Qarabağ"ın rənginə boyayacaqlar
XƏBƏR 5 Noyabr 2014 / 17:26 7792
-  A +

Sabah Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Dnerp"lə qarşılaşacaq "Qarabağ" klubunun rəhbərliyi bir sıra yeniliklərlə azarkeşlərini sevindirəcək.

Qol.Az-ın klubun rəsmi "facebook" sahifəsinə istinadən verdiyi məlumata görə, bu yeniliklərdən biri azarkeşlərin oyuna daxil olarkən üzlərini "Qarabağ"ın bayrağ rənglərinə və ya istədiyi rənglərə boyanması olacaq.
 
Stadionun ətrafında 5 nöqtədə azarkeşlərə bu xidmət göstəriləcək.

Qeyd edək ki, noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.


 

Daha çox


Son xəbərlər