"Simurq" liderlər sırasına qoşuldu

"Simurq" liderlər sırasına qoşuldu
PREMYER LİQA 27 Sentyabr 2009 / 20:55 5097
-  A +

Bu gün keçiriləcək iki oyunla UniBank Premyer Liqasında VI tura yekun vuruldu. Qol.Az saat 16:00-dan etibarən VI turun ikinci oyun gününün qarşılaşmalarından canlı-mətn reportaj yayımladı.

"Olimpik-Şüvəlan" - "Turan"  3:3
"Şəfa" stadionu
Hakimlər:
Elnur Muradov, Munis Abdullayev, Vaqif Ayvazov, Azad Mütəllimov
AFFA nümayəndəsi:
Cahangir Hüseynov
Hakim-inspektor: Orucəli Durmuşov

Matç bitdi.

Son dəqiqələrdə "Turan" hesabı bərabərləşdirir. Avtoqol qeydə alınır.

89. QOL. Anatoli Doroş ("Olimpik-Şüvəlan") komandasını hesabda önə çıxartdı.

73. QOL. Anton Kovalevskiy hesabı bərabərləşdirir.

62. QOL. Rəşid Həsənov ("Turan") hesabı minimuma çatdırır.

56. QOL. Kvirtiya komandasının ikinci qolunu vurur.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

23. QOL. Roman Qoqinaşvili "təyyarəçilər"i hesabda önə keçirir.

22. Bu dəqiqələrdə oyun əsasən meydanın mərkəzində keçir.

Matç başladı. 

 

"Neftçi" - "Simurq" 0:1
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Hakimlər:
Fariz Yusifov, İlham Əliyev, Mübariz Haşımov, Zöhrab Əliyev
AFFA nümayəndəsi:
Mübariz Hüseynov
Hakim-inspektor: Nüvər Xasıyev

Matç bitdi.

89. "Neftçi"nin hücumları bəhrəsini vermir.

82. Ruslan Qunçakın cərimə zərbəsindən vurduğu topu "Neftçi"nin qapıçısı Miçoviç xilas edir.

74. İnanılmaz. "Simurq"un müdafiəçisi Malıgin topu boş qapıdan çıxardır.

69. Elşən Məmmədov Elmar Baxşiyevə qarşı kobud oynadığından hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılır.

68. Valter Quqlemon baş zərbəsi ilə topu qapıya göndərir. "Simurq"un qapıçısı yerindədir.

61. "Neftçi"də oyunçu dəyişikliyi. Valentin Atemin əvəzinə meydana Samir Əliyev daxil olur.

60. Rəşad Abdullayev sarı vərəqə ilə cəzalandırılır.

58. "Simurq"un müdafiəçiləri səhvə yol verir. Adrean Neaqa topu qapıya vurur. Zərbə qüvvətli alınmır.

49. Aliutanın cərimə meydançasına gözəl ötürməsini Adrean Neaqa qapının üstünə vurdu.

"Neftçi"nin heyətində iki dəyişiklik baş verdi. Ruslan Əmircanovun əvəzinə Valter Quqlemon, Zaur Tağızadənin əvəzinə isə Marian Aliuta daxil olur.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

38. Rəşad Abdullayev topu cərimə meydançasına ötürür. Naydinə düşən topu futbolçu qapının üstünə vurur.

34. Çxetiani sarı vərəqə ilə cəzalandırılır.

31. Adrean Neaqa cərimə meydançasına daxil olaraq, topu qapıya vurur. "Simurq"un qapıçısı Vitali Postranski qola imkan vermir.

25. QOOL. Kaxaber Çxetiani topu rəqibin cərimə meydançasına doğru ötürür. Sergey Sokolov topu başla qapıya vurur.

10. Elşən  Məmmədov uzaqdan qapıya doğru güclü zərbə vurur. Miçoviç topu bir əli ilə qapıdan çıxardır.

5. Zaur Tağızadə uzaqdan qüvvətli zərbə vurur. Top "Simurq"un müdafiəçilərinə dəyərək meydanı tərk edir.

Matç başladı. 

25 sentyabr

“İnter" - "Qəbələ" 3:2  
“Şəfa” stadionu
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Mehman Mahmudov, Elçin Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Asim Xudiyev

Matç başa çatır və "İnter" son dəqiqədə vurduğu qollar hesabına "Qəbələ"ni məğlub edir.

90+1. QOL! "Qəbələ" şok yaşayır. Karlsons 3-cü topu qonaqların qapısından keçirir.

88. QOL! "İnter"in aramsız hücumları nəhayət bəhrə verir. Da Silva hesabı bərabərləşdirir.

Oyunun sonlarına yaxın "İnter" bütün qüvvə ilə irəli atılsa da hələ ki, "Qəbələ"nin müdafiə xəttini yarmaq mümkün olmur.

68. QOL! "İnter"İn sevinci cəmi bir dəqiqə çəkir. Müdafiəçilərin kobud səhvini Torres bağışlamır və "Qəbələ" yenidən hesabda önə keçir.

67. QOL! "İnter" hesabı bərabərləşdirir. Levin  fərqlənir.

56. Getsadze növbəti real qol imkanını əldən verir və "İnter"in bəxti gətirir.

Gözlənilmədən "Qəbələ üstünlüyü ələ alır və iki real qol imkanı boşa verilir.

İkinci hissə davam edir, hələ ki, təhlükəli epizod yoxdur. 

İkinci hissə başlandı. 

Birinci hissə başa çatdı.

41. "İnter"dən Rubinsin zərbəsi qapının üstündən keçdi.

33. QOL. "Qəbələ" hesabı açdı. İqor Melnik fərqləndi.

30. "İnter" üstünlüyü ələ keçirib. Lakin hələ ki, "Qəbələ"nin müdafiəsini yarmaq mümkün olmur.

24. "Qəbələ" hesabı aça bilərdi. Lakin Melnik qapıçıyla təkbətəkdən yararlana bilmədi.

16. Oyun çox sönük keçir.

9. Oyun meydanın mərkəzində keçir. Qapılar qarşısında təhlükəli epizod yoxdur.  

Oyun başladı.

 

18:00 "Xəzər-Lənkəran" - "Muğan" 2:0
Lənkəran şəhər mərkəzi stadionu
Hakimlər: Vüsal Əliyev, Samir Hacıyev, Elşən Durmuşov, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vaqif Davudov

Oyun başa çatır. "Muğan" həm ilk məğlubiyyətini alır həm də çempionatda ilk qolunu buraxır.

90. Junior Osvaldonun cərimə zərbəsindən sonra top qapı tirinə tuş gəlir.

88. QOL! "Xəzər-Lənkəran" ikinci qolu "Muğan"ın qapısından keçirir. Künc zərbəsindən sonra Alan Lali başla dubl edir. Bu zaman meydanda maraqlı epizod yaşanır. Görüçün baş hakimi Vüsal Əliyev öncə qapıçıya hücum qeydə alaraq qolu hesaba almadı. Lənkəranlı futbolçular isə baş hakimə etiraz etdilər. Bu zaman qərarını dəyişən Əliyev qolu hesaba alır. Etiraz növbəsi salyanlılardan gəldə də, referinin qərarı artıq dəyişmir.

82. "Xəzər-Lənkəran"da oyunçu dəyişikliyi. Ceyhun Sultanov yerini Rahid Əmirquliyevə verir.

74. "Muğan"da son oyunçu dəyişikliyi. Arıs Şulovun yerinə  Eldin Adiloviç meydana daxil olur.

71. Souzanın zərbəsi qapının xeyli üstündən keçir.

69. "Muğan"ın heyətində oyunçu dəyişikliyi baş verir. Vüsal Hüseynovun əvəzinə yamaykalı Akeem Presley meydana daxil olur.

58. "Muğan"ın heyətində oyunçu dəyişikliyi baş verir. Arif İsayev meydanı tərk edir, onun yerinə Fərrux İsmayılov oyuna daxil olur.

57. Bu dəfə "Muğan"dan Vüsal Hüseynov sarı vərəqə alır.

56. Qolun müəllifi Lalin  sarı vərəqə aldı.

55. QOL! Junior Osvaldonun ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan honduraslı Lalin hesabı açır. Bu, "Muğan"ın cari mövsüm buraxdığı ilk qol oldu.

53. Ceyhun Sultanovun təhlükəli zərbəsini "Muğan"ın qapıçısı Kurtanoviç tuta bilir.

50. "Xəzər-Lənkəran" real şansı qaçırdı. "Muğan" müdafiəsinin kobud səhvini lənkəranlıların honduraslı hücumçusu Lalin qola çevirə bilmir.

Ağasəlim Mircavadov Ramazan Abbasovun əvəzinə Nizami Hacıyevi meydana buraxır.

İkinci hissə başlandı.

İlk hissə qolsuz başa çatdı.

40. "Muğan"ın heyətində Çurlov sarı vərəqə alır.

32. Arif İsayevin təhlükəli cinah ötürməsinə ayaq qoyan tapılmadı.

26. Vüsal Əliyev "Xəzər-Lənkəran"ın türkiyəli futbolçusu Devran Ayhana sarı vərəqə göstərir.

15. Arif İsayevin tələskənliyi "Muğan"a təhlükəli hücum qurmağa imkan vermir.

"Muğan" ilk dəqiqələrdən rəqibindən çəkunmədiyini ortaya qoyur və hələ ki, "Xəzər-Lənkəran"ın təzyiqi qarşısında duruş gətirir.

9. Ramazan Abbasovun aşırma zərbəsindən sonra Kurtanoviç "Muğan"ı real qoldan xilas oldu.

3. Mario Souza zədələnərək yerini Juninyo Osvaldoya verdi

1. "Xəzər-Lənkəran" ilk dəqiqədə hesabı açmağa yaxın oldu. Lakin Ruslan Qafitulinin səhvindən sonra bəxt nəticəsində top qapıdan keçmədi.

Oyun başlandı.

 

"Karvan" - "Standard"  2:2 
Yevlax şəhər stadionu
Hakimlər: Anar Salmanov, Azad Q. Hüseynov, Ruslan Babayev, Elçin Səmədli
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov

Oyun başa çatdı.  

89. "Karvan" meydanda azlıqda qaldı. Markus Fereyra qırmızı vərəqə alaraq, oyunu tərk etdi.

86. Leandro Qomeşin zərbəsi qapının az fərqlə yanından keçdi.

75. "Standard" üçüncü qolu vura bilərdi. Lakin Fərid Quliyev şansını qaçırdı.

64. QOL. "Standard" hesabı bərabərləşdirdi. Omar El Zein fərqləndi.  

57. Markus Fereyranın zərbəsi təhlükəli alındı.

49. Kamal Quliyev əlverişli imkandan yararlana bilmədi.

47. "Standard"dan Aqil Məmmədovun zərbəsi təhlükəli alındı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45. Meydan sahibləri üçüncü qolu vura bilərdi. Lakin Cavid İmamverdsiyev şansını boşa verdi.

39. QOL. "Karvan" ikinci qolu vurdu. İsmayıl Məmmədov fərqləndi.

34. "Karvan" ikinci qolu vura bilərdi. Lakin İsmayıl Məmmədov boş qapının dəqiq nişan ala bilmədi.

20. Samir Zərgərovun zərbəsi təhülkəli alındı.

11. QOL. "Karvan" hesabı açdı. Markus Fereyra fərqləndi.

5. QOL. Samir Zərgərov hesabı açdı. "Standard" hesabda önə keçdi.

4. Bambanın zərbəsini "Standard"ın qapıçısı tutdu.

Oyun başladı.

 

"Bakı" - "Qarabağ"  0:1 
T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Rövşən Əhmədov, Roman Vasilyev, Azər Məmmədov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov

 

Oyun başa çatdı.

84. Ramim hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin zərbəsi qapının üstündən keçdi.

79. QOL. Aslan Kərimov hesabı açdı.

76. "Bakı"da ikinci dəyişiklik. Fernando Peresi Əhməd Ticani əvəzlədi.

74. "Qarabağ" daha bir qol şansını qaçırdı. Əfran qapıçıyla təkbətəkdən yararlana bilmədi.

72. Vüqar real qol şansını boşa verdi.

70. "Qarabağ"da Namiq Yusifovu Aslan Kərimov əvəzlədi.

69. Peres daha bir imkanı boşa verdi.

67. "Bakı"da ilk əvəzetmə. Felipe Feliksi Cəmşid Məhərrəmov əvəzlədi.

62. Mucirinin zərbəsi Fərhadda qaldı.

55. Feliks qapıçıyla təkbətək çıxsa da, mübarizədən Fərhad qalib ayrıldı.

53. Bəxtiyar Soltanov əlverişli imkanı boşa verdi.

52. Zaur Həşimov sarı vərəqəylə cəzalandı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

43. Vaqif Cavadovun qüvvətli zərbəsi qapının üstündən keçdi.

33. "Qarabağ" oyunda ən real qol epizodunu boşa verdi. Vüqar Nadirov qapıçıyla təkbətək çıxdı. Lakin Şarliya Vüqarın sevinməsinə imkan vermədi.

27. Vüqar Nadirovun cərimə zərbəsindən vurduğu topu Şarliya çətinliklə küncə çıxardı.

25. Namiq Yusifovun qüvvətli zərbəsi qapının üstündən keçdi.

23. Feliks sarı vərəqəylə cəzalanır.

21. Muciri cərimə zərbəsindən gözəl ötürmə versə də, topa toxunna olmadı.

15. Feliks fərqlənmək şansını qaçırdı.

12. Elvin Məmmədov hesabı açmağa çox yaxın idi. Lakin Şarliya komandasının real qaoldan xilas etdi.  

1. Mucirinin zərbəsi qapının üstündən keçdi.

Oyun başladı.

TURNİR CƏDVƏLİ

 

KOMANDALAR

O

Q

H

 M

 T-F

 Xal

1. "Inter"

5

3

1

1

7-5

10

2  "Simurq"

5

3

1

1

5-3

10

3  "Muğan"

5

3

1

1

4-2

10

4  “Qarabağ"

5

3

1

1

4-2

10

5. "Neftçi"

5

3

0

2

5-4

9

6. "Xəzər Lənkəran"

4

2

2

0

5-2

8

7. "Olimpik-Şüvəlan"

5

1

2

2

8-9

5

8. "Qəbələ"

5

1

2

2

6-9

5

9. "Karvan"

5

1

1

6

8-8

4

10. "Bakı"

4

1

1

2

2-3

4

11."Standard"

5

0

2

3

3-6

2

12. "Turan"

5

0

2

3

5-9

2

 

 

 

 


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq