Sabah - sentyabrın 24-də Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankı arasında futbol üzrə Azərbaycan Premyer Liqasına baş sponsorluq haqqında müqavilə imzalanacaq. Bu haqda PFL-in Marketinq Qrupunun rəhbəri Zöhrab Əliyev məlumat verib. Qol.Az-a PFL-in mətbuat xidmətindən verilən məlumata görə, saat 12:00-da başlayacaq mərasim "Hyatt Regency" mehmanxanasının "Şuşa" zalında təşkil olunacaq.