"Hədəfimiz Premyer Liqada qalmaqdır" - İbrahim Uzunca

"Hədəfimiz Premyer Liqada qalmaqdır" - İbrahim Uzunca
PREMYER LİQA 2 Oktyabr 2014 / 18:46 4636
-  A +

"Daha çox çalışmağımız lazımdır. Sevindirici olan bir məqam var. Biz oyundan-oyuna daha yaxşı çıxış edirik".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Premyer Liqanın I turundan təxirə salınmış görüşündə qalib gəldikləri "Simurq"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis komandada çatışmazlıqların olduğunu bildirib: "Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranmış fasilədən maksimum yararlanmağa çalışacağıq.

Bu sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçulara çox təşəkkür edirəm, qələbəni rəhbərliyə hədiyyə edirəm. Heyətdə gənc futbolçu çoxdur. Buna görə müəyyən çatışmazlıqlar var. Onların üzərində çalışmalıyıq. Bizim hədəfimiz yaxşı futbol oynamaq, liqada qalmaqdır. Nəticə qazanmaqla yanaşı, biz yaxşı oyun sərgiləməyi planlaşdırırıq”.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır