"Qarabağ" cari mövsüm ilk məğlubiyyətini aldı

"Qarabağ" cari mövsüm ilk məğlubiyyətini aldı
PREMYER LİQA 20 Sentyabr 2009 / 21:50 6976
-  A +

Bu gün Premyer Liqanın V turunun oyunlarına yekun vurulacaq. Qol.Az saat beşinci turunun ikinci oyun gününün qarşılaşmalarından canlı-mətn reportaj yayımladı.

 20 sentyabr (bazar)

"Simurq" - "Qarabağ" 1:0
Zaqatala şəhər "Simurq" stadionu
Hakimlər:
Əfqan Həmzəyev, Eldar Nağıbəyov, Həsən Babayev, Ramil Diniyev
AFFA nümayəndəsi:
Rauf Hüseynli
Hakim-inspektor: Gülağa Cabarov

"Simurq": 77. Vitali Postranski , 4. Aleksandr Malıgin (k), 5. Sergey Sokolov, 8. Ruslan Qunçak, 9. Elşən Məmmədov
(21. Nikolay Petrov Valev, dəq.85), 14. Sergey Artyux, 17. Kaxaber Çxetiani, 19. Yuri Bulıçev
23. Roman Axalkatsi, (15. Tural Cəlilov, dəq.56), 27. Andrey Şeryakov, (18. David Bolkvadze, dəq.68)
32. Andrey Sokolenko
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 7. Gennadiy Solonitsın , 11. Rüstəm Məmmədov, 33. Daniyel Axtyamov

"Qarabağ": 1. Fərhad Vəliyev, 2. Elnur Allahverdiyev, 5. Maksim Medvedev, (15. Ayxan Abbasov, dəq.75)
6. Rəşad Sadiqov , 8. Aslan Kərimov (k), (7. Namiq Yusifov, dəq.28), 9. Elvin Məmmədov, 17. Vüqar Nadirov, 20. Vaqif Cavadov, 22. Əfran İsmayılov, (11. Rauf Əliyev, dəq.83), 4. Zaur Həşimov
24. Admir Teli
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 3. Aftandil Hacıyev, 21. Nodar Məmmədov, 23. Tural İsgəndərov

Əfqan Həmzəyevin final fiti "Qarabağ"ın cari mövsüm ilk məğlubiyyətini, "Simurq"un isə ikinci qələbəsini rəsmləşdirir.

Artıq oyunun son dəqiqələri gedir. "Qarabağ" son gücünü ortaya qoyur. "Simurq"un müdafiəsi isə hələ də keçilməzdir.

75. Vaqif Cavadov bir qədər tələsməsə idi təhlükəli hücum alına bilərdi.

Oyun son yaxınlaşdıqca "Qarabağ" hesabı bərabərləşdirmək üçün daha böyük qüvvə irəli atılsa da, hələ ki, heç nəyə nail ola bilmir. 

60. "Qarabağ"ın yerinə yeirdiyi künc zərbəsi təhlükəli olsa da, Postranski səhvə yol verdmədi.

Pokora əvəzləməyə əl ataraq Tural Cəlilovu meydandan çıxardaraq Roman Axalkatsiyə şans verir.

50. İkinci hissədə də ilk real qol imkanını "Simurq" yaratdı. Şeryakovun zərbəsi təhlükəli olsa da, dəqiq olmadı.

48. "Qarabağ" daha böyük qüvvə ilə irəli atılmağa başlayır.

İkinci hissə başladı.

İlk hissə "Simurq"un qələbəsi ilə başa çatır.

41. Qunçar hesab arasında fərqi artırmaq üçün gözəl imkan əldə edir. Amma hər iki halda ukraynalı çərçivəyə düşə bilmir.

Hissənin sonlarına yaxın "Simurq" fəallığı ilə seçilir. Zaur Həşimov son anda Elşən Məmmədovun təhlükəli zərbəsinə ayaq qoyur

32. Qurban Qurbanov kapitan Aslan Kərimovu meydandan çıxardaraq Namiq Yusifovu oyuuna qoşur.

26. Yerli müdafiəçilər bu dəfə son anda Rəşad Sadiqovun fərqlənməsinə mane olurlar.

"Qarabağ" oyunda üstünlüyü ələ almağa çalışır.

14. Vaqif Cavadovun təhlüəli zərbəsinə "Simurq"un müdafiəçilərim mane olur. 

12. Elşəın Məmmədovun zərbəsi dəqiq alınmır.

6. QOL! Sergey Artyuk "Qarabağ" şok yaşadır. Onun dəqiq zərbəsindən sonra "Simurq" hesabı açır.

İlk dəqiqələr hələ ki sakit tempdə gedir

Oyun başlandı.

 "Olimpik-Şüvəlan" - "Bakı" 0:1
"Şəfa" stadionu.
Hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov, İlham Əliyev, Əliyar Ağayev
AFFA nümayəndəsi:
Məlik Həsənov
Hakim-inspektor: Murad Məmmədov

“Olimpik-Şüvəlan”: 12. Cahangir Həsənzadə, 2. Sergey Laşenkov (k), (14. Vasif Haqverdiyev, dəq.22)
4. Roman Qoqinaşvili, 5. Alves Dos Santos, 6. A-kader Kamara, (16. Ramaz Cabnidze, dəq.80)
7. Aqil Nəbiyev, 9. Anatoliy Doroş, 10. Nuqzar Kvirtiya, 11. Draqan Mandiç, 19. Artyom Vaskov
18. İlqar Qurbanov, (20. Ramin Nəsibov, dəq.57)
Ehtiyat oyunçular: 1. Elşən Poladov, 13. Nəriman Əzimov, 17. Tərlan Xəlilov, 24. Nikolay Kozaçuk


“Bakı”: 1. Marko Şarliya, 4. Vadim Borets, 6. Mihai Pank, 8. Ernad Skuliç, 11. Daniel Oprita
(19. Əhməd Ticani, dəq.62), 14. Elvin Əliyev , 15. Cəmşid Məhərrəmov (k), 32. Aleksey Savinov
33. Saşa Yunisoğlu, (2. Rafael Barbosa, dəq.83), 55. Georgi Adamiya, (10. Amiran Muciri, dəq.62)
85. Silvinio Joao De Karvalio
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 3. Rafel Əmirbəyov, 12. Fernando Peres, 21. Aleksandar Tomaş

90. Vüsal Əliyevin final fitini "Bakı"nın cari mövsümdəki ilk qələbəsini rəsmləşdirir.

Son dəqiqələrdə "Olimpik-Şüvəlan" hesabı bərabərləşdirmək üçün çox səy göstərsə də, heç nəyə nail olmur.

82. Haciyevski də sonuncu əvəzləməyə əl atır. Zədələnən Saşa Yunisoğlunu Barboza əvəzləyir

80. Hakimin qərarına etiraz etdiyi üçün "Bakı"nın moldovalı legioneri Aleksey Savinov sarı vərəqə alır.

79. "Olimpik-Şüvəlan"ın heyətində sonuncu əvəzləmə. Kamara meydançanı tərk edir onun yerinə gürcü Ramaz Camnidze meydana daxil olur.

76. "Olimpik-Şüvəlan" topu qapıdan keçirsə də yan xətt hakimi İlham ƏIiyev bu epizodda oyundankənar vəziyyət qeydə aldı. Vüsal Əliyev isə formasını çıxardaraq qolu bayram etdiyi üçün Nəsibova sarı vərəqə göstərir. 

71. Anatoli Doroş hakimin qərarına etiraz etdiyi üçün sarı vərəqə alır.

64. "Olimpik-Şüvəlan"ın heyətində Aqil Nəbiyev sarı vərəqə ilə cəzalandırılır.

63. QOL! "Bakı" hesabı açır. Ernar Skuliç cərimə zərbəsindən gələn ötürmə zamanı hamını qabaqlayaraq dəqiq baş zərbəsi ilə hesabı açır.

62. Coko Haciyevski birdən-birə iki əvəzləmə əl atır. Opritanı Əhməd Ticanni, Adamiyanı isə Amiran Muciri əvəz edir.

57. "Olimpik-Şüvəlan"ın heyətində növbəti əvəzləmə. İlqar Qurbanovu Ramin Nəsibov əvəzləyir.

56. Bu dəfə "Bakı" qola yaxın olsa da Cahangir Jabanın yaxın məsafədən vurduğu təhlükəli zərbəni dəf edə bilir. Bu dəqiqələrdə oyunda temp artıb və azarkeşlər maraqlı qarşılaşma izləyirlər. 

52. "Olimpik-Şüvəlan" yüz faizlik qol şansını əldən verdi. Şarliya Kamaranın 3-4 metrlkik məsafədən vurduğu zərbəni gözəl reaksiya ilə qapının ustündən aşırmağı bacarır.

51. İkinci hissədə ilk real qol epizodunu "Bakı" yaratdı. Vadim Borets cərimə meydançasına daxil olaraq zərbə vursa da, Cahangir Həsənzadə topu tutdu.

İkinci hissə başlandı

45. Vüsal Əliyevin fitindən sonra komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanırlar.

41. "Olimpik-Şüvəlan" hesabı açmaq üçün real şans qazanır. Künc zərbəsindən sonra Roman Geganaşvili cərimə meydançası daxilində qapıya güclü zərbə vursa da top azacıq üstdən keçdi.

36. Cəmiş Məhərrəmova sarı vərəqə göstərilir.

34. Boretsin yerinə ardıcıl olaraq yetirdiyi künc zərbəsi və cərimə zərbəsi zamanı da təhlükə yaratmaq mümkün olmur. "Olimpik-Şüvəlan"ın müdafiə xətti hələ ki keçilməzdi.

26. "Bakı" heç cürə öz oyunu tapa bilmir. Bu dəfə Aleksey Savinov son anda Anatoli Doroşau qabaqlayaraq topu meydandan çıxara bilir.

21. "Olimpik-Şüvəlan"da məcbiri əvəzləmə. Sergey Laşenkov zədələnərək yerini Vasif Haqverdiyevə verir

12. Oyunda ilk real qol vəziyyəti yaranır. Jaba Opritadan aldığı ötürmədən sonra qapıya təhlükəli zərbə vursa da top dirəyin yanından keçdi.

Gözlənilənlərin əksinə "Olimpik-Şüvəlan" oyuna daha fəal başlayıb və Əsgər Abdullayevin komandası rəqiblə müqayisədə daha çox hücum edir

10. Boretsin zərbəsi qapıdan aralı keçir.

3. İlk təhlükə "Olimpik-Şüvəlan"dan gəlir. Kamaranı təhlükəli baş zərbəsini Marko Şarliya tutur.

Oyun başlandı

"Muğan" - "Karvan" 1:0
Salyan şəhər Olimpiya Kompleksinin stadionu
Hakimlər: Azad Mütəllimov, Aydın Ələkbərov, Elşən Durmuşov, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Cahangir Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov

“Muğan”: 1. Еdis Kurtanoviç, 5. Novruz Мəммədov, 7. Elnur Abdullayev, (6. Taqim Novruzov, dəq.46), 8. Narsis Yameoqo, (17. Ravi Rəhmanov, dəq.85), 9. Adis Çulov, 10. Arif İsayev,  12. Cavad Mirzəyev, 18. Ruslan Qafittulin (k), 20. Vüsal Hüseynov, (21. Eldin Adiloviç, dəq.72), 22. Ekrem Hodziç, 23. Miloş Zeçeviç
Ehtiyat oyunçular: 25. Amil Ağacanov, 11. Akeem Presiley, 14. Səbuhi Həsənov, 16. Fərrux İsmayılov

"Karvan": 79. Pavel Xarçik, (16. İvan Vasilyev, dəq.41), 3. İlham Yadullayev (k), 8. Markos Ferreyra, 14. Bəşir Müqadi, 12. Ernani Pereyra , 28. Əziz Quliyev, (27. Yura Muzıka, dəq.28), 32. Leandro Qomeş, 15. Yakuba Bamba, 10. Cavid İmamverdiyev, (21. Dövlətmurad Atayev, dəq.70), 18. İsmayıl Məmmədov , 17. Emin Cəfərquliyev
Ehtiyat oyunçular:
7. Anar Həsənov, 24. Aleksandr İntskirveli, 23. Edvinas Lukaşeviçus, 19. Orxan Həsənov

90. Matç başa çatdı və "Muğan" yenidən liderliyə yüksəldi.

Oyu  son dəqiqələri gedir. "Muğan" bütün komanda ilə müdafiə olunur, "Karvan" isə hücum edir.

"Karvan"ın hesabı bərabərləşdirmək cəhdvəli hələ ki nəticə vermir.

70. "Muğan"ın müdafiəçiləri bu dəfə də İsmayıl Məmmədova dəqiq zərbə vurmağa imkan vermirlər

50. Kurtanoviç künc zərbəsi zamanı rəqibə fərqlənmək imkanı vermir.

Gözlənildiyi kimi fasilədən sonra "Muğan" daha çox müdafiəyə "Karvan" isə hücuma diqqət artırır.

İkinci hissə başlandı.

45. Azad Mütəllimovun final fiti "Muğan"ın fasiləyə qalib kimi yollanmasını təmin edir

36. Bu dəfə "Muğan"ın fərqlənməsinə Pereyra imkan vermir

30. "Karvan" hesabda geri düşdükdən sonra hücumlarını intensivləşdirir. İsmayıl Məmmədovun uzaq məsafədən zərbəsini "Muğan"ın qapıçısı dəf edir.

24. QOL! Çurlovun zərbəsi qapıdan keçir. "Muğan" hesabda irəli çıxır.

16. İlk təhlükə "Muğan"dan gəldi. Arif İsayevin zərbəsi qapının yanından keçdi.

5. İlk 5 dəqiqə geridə qalıb. Hələ ki, Salyan stadionunda bərabər səviyyəli oyun gedir.

Oyun başlandı.

19 sentyabr (şənbə)
"Turan" - "İnter" 0:1 

Tovuz şəhər stadionu.
Hakimlər: Elçin Məmmədov, Azər Məmmədov, Habil Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi:
Vaqif Məmmədov
Hakim-inspektor: Əmir Zamanov

“Turan”: 16. Şamil Saidov, 2. Hüseyn İsgəndərov, 3. Ruslan Abbasov, 6. Yevgeni Sayko (9. Samir Musayev, dəq.76), 7. Kamal Ələkbərov , 10. Nadir Nəbiyev (k), 11. Junivan Suares, 18. Hafiz Əliyev (8. Anton Kovalevski, dəq.46), 21. Asəf Qədiri
(19. Rəşid Həsənov, dəq.46), 23. Elnur Məmmədov, 78. Muammer Erdoğdu

Ehtiyat oyunçular: 1. Kamal Bayramov, 4. Ruslan Namazov, 17. Xəyal Qarayev, 25. Onana Romuald

“İnter”: 72. Georgi Lomaya, 23. Mahir Şükürov, 15. Vladimir Levin, 4. Danilo Assioli, 30. Kaxaber Mjavanadze, 13. Bronislav Çervenka, 9. Samir Abbasov (k), 14. Petar Zlatinov (8. Aleksandr Çertoqanov, dəq.60), 24. Andreys Rubins, 25. Cavid Hüseynov (19. David Odikadze, dəq.84), 20. Girts Karlsons (21. Robertas Poşkus, dəq.59)
Ehtiyat oyunçular: 1. Raymundo Vilson, 6. Aliyar İsmayılov, 27. Lubomir Kubiça, 7. Anhel Qutyeres

Oyun başa çatdı.

90. Çervenko özünün və komandasının ikinci qolunu vurmağa yaxın idi. Lakin çexiyalı futbolçu qapıçıyla tıkbətəkdən yararlana bilmədi.

89. Muarrem Erdoğdunun zərbəsi qapının üstündən keçdi.

86. "Turan" hesabı bərabərləşdirə bilərdi. Lakin Samir Musayevin zərbəsi müdafiəçiyə dəyərək, istiqamətini dəyişdi.

77. Bu dəfə də "bankirlər"dən Robertas Poşkusun zərbəsi təhlükəli idi.

75. "İnter" ikinci qolu vura bilərdi. Lakin Levinin başla qapıya endirdiyi zərbə qeyri-dəqiq alındı.

65. "Turan"ın qapıçısı Çertoqanovun fərqlənməsinə imkan vermədi.

57. İkinci hissədə də üstünlük "İnter" tərəfindədir.

48. "İnter" hesab arasındakı fərqi artırmağa çox yaxın idi. Lakin Rubins Mahirin cinah ötürməsinə toxuna bilmədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

39. "Turan" oyunda ilk qol epizodunu yaratdı. Lakin Junivan Nadir Nəbiyevin gözəl ötürməsindən istifadə edə bilmədi.

27. Qoldan sonra da üstünlük "İnter"in tərəfindədir.

13. QOL. Branislav Çervenko "İnter"i hesabda önə keçirdi.  

12. Oyun əsasən meydanın mərkəzində keçir. Qapılar qarşısında təhlükəli epizod yaşanmayıb.

Oyun başladı.

 

"Qəbələ" - "Xəzər-Lənkəran" 1:1
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Zöhrab Əliyev
AFFA nümayəndəsi:
Bəşir Əliyev
Hakim-inspektor: Akif Məmmədov

“Qəbələ”: 12. Pavels Dorosevs, 3. Vurğun Hüseynov, 6. Lyubo Baranin, 8. Maksim Skoroxodov, 10. Kənan Kərimov (k), 15. Razvan Tarlea, 16. Mikola Hibalyuk (14. Milan Antiç, dəq.52), 17. Vladimir Bondarçuk (9. Tomaş Stolpa, dəq.74), 18. Qoqa Beraya, 24. İqor Melnik, 26. Namiq Əliyev (20. Kristian Torres, dəq.58)
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 11. Ostap Anatolie, 19. Revaz Getsadze, 21. Arif Daşdəmirov

“Xəzər-Lənkəran”: 25. Kamran Ağayev (k), 21. Rodomir Todorov, 77. İvan Pexa, 3. Denis Silva (19. Kostadin Cambazov, dəq.68), 2. Fateh Sonkaya, 72. Devran Ayhan, 8. Juninio Osvaldo (5. Diego Souza, dəq.73), 30. Mario Souza (12. Allan Lalin, dəq.90), 23. Nizami Hacıyev, 9. İvan Çvetkov, 20. Denis Kalinkov
Ehtiyat oyunçular: 1. Dmitriy Kramarenko, 17. Ramazan Abbasov, 14. Rahid Əmirquliyev, 10. Ceyhun Sultanov

"Xəzər-Lənkəran" "Turan"ın ardınca "Qəbələ"ylə də görüşdə qələbəyə həsrət qaldı.

Oyun başa çatdı.

88. QOLL. İqor Melnik hesabı bərabərləşdirdi.

87. Kalnikovun sevinməsinə "Qəbələ"nin qapıçısı mane oldu.

76. Bu dəqiqələrdə "Qəbələ" üstünlüyü ələ keçirib. "Xəzər-Lənkəran" isə müdafiəyə çəkilərək, əks-hücumlara bel bağlayır.

68. Melnik hesabı bərabərləşdirə bilərdi. Lakin Kamran Ağayev komandasının qoldan xilas etdi.

60. Devran Ayhan şansını boşa verdi.

52. "Qəbələ"dən Kənan Kərimovun zərbəsi qeyri-dəqiq alındı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

40. Qapısında qol gördükdən sonra "Qəbələ" bir qədər fəallaşıb. Lakin hesabı bərabərləşdirmək hələ ki mümkün olmayıb.

26. QOL. Mario Souza "Xəzər-Lənkəran"ı hesabda önə keçirdi.

25. Kalinkov növbəti dəfə diqqət mərkəzinə düşsə də, zərbəsi dəqiq olmadı.

14. "Xəzər-Lənkəran" hücumlarını davam etdirir.

8. Oyuna qonaqlar fəal başlayıblar. Kalinkov hesabı aça bilərdi. Lakin "Qəbələ"nin müdafiəçiləri moldovalı hücumçuya sevinmək imkanı vermədilər.  

Oyun başladı.

 

"Standard" - "Neftçi" 1:2
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Hakimlər: Rövşən Əhmədov, Roman Vasilyev, Mübariz Haşımov, Anar Salmanov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov

“Standard”: 12. Anar Nəzirov, 25. Samir Zərgərov, 99. Rodriqo Silva (86. Fərid Quliyev, dəq.42), 30. Eduardo Fernandes, 10. Huqo Maçado (11. Aqil Məmmədov, dəq.46), 77. Ramin Quliyev, 3. Sergi Orbeladze (50. Riçard Reqelme, dəq.71), 4. Levan Silaqadze (k), 22. Georgi Seturidze, 67. Ramal Hüseynov, 14. Zeynal Zeynalov
Ehtiyat oyunçular: 90. İlkin Bağıyev, 9. Murad Ağakişiyev, 5. David Çiçveişvili, 28. Vasif Əliyev

“Neftçi”: 1. Vladimir Miçoviç, 3. Suat Usta, 5. Leonard Naydin
(7. Samir Əliyev, dəq.77), 9. Valter Quqlielmon, 16. Dmitriy Kruqlov, 18. Ruslan Əmircanov, 21. Andrey Stepanov (8. Elmar Baxşıyev, dəq.57), 22. Zaur Tağızadə (k) (23. Tural Nərimanov, dəq.65), 25. Adrian Neaqa, 26. Nazar Bayramov, 27. Rəşad Abdullayev
Ehtiyat oyunçular: 12. Paulius Qribauskas, 4. Taavi Rahn, 10. Marian Aliuta, 30. Valentin Atem

"Neftçi" qələbə qazanmaqla yenidən turnir cədvəlində zirvəyə yüksəldi.

Oyun başa çatdı.

90+1. QOLL. "Neftçi" ikinci qolu vurdu. Adrian Neaqa uzaqdan zərbəylə komandası üçün çox önəmli olan qola imza atdı.

85. "Standard"ın qapıçısı komandasını yüzfaizlik qoldan xilas etdi. Anar Nəzirov Elmar Baxşıyevin təhlükəli zərbəsinə inanılmaz reaksiya göstərdi.

77. "Neftçi"də sonuncu oyunçu dəyişikliyi baş verdi. Meydana Samir Əliyev daxil oldu.

74. Nyaqanın təhlükəli zərbəsini "Standard"ın qapıçısı Anar Nəzirov tutdu.

71. "Standard"da dəyişiklik. Orbaladzeni Rikelme əvəzlədi.

65. "Neftçi"də Zaur Tağızadə meydanı tərk edir. Onun əvəzinə oyuna Tural Nərimanov daxil olur.

57. "Neftçi"də dəyişiklik. Stepanovun əvəzinə Elmar Baxşıyev meydana daxil oldu.

54. Rövşən Əhmədov ikinci dəfə qırmızı vərəqə göstərir. Bu dəfə də Suat Usta meydanı tərk etdi. Hər iki komanda meydanda 10 nəfərlə mübarizə aparır.

52. Fərid özünün və komandasının ikinci qolunu vurmağa yaxın olsa da, Miçoviç onun başla zərbəsini tuta bildi.

50. "Standard" meydanda azlıqda qaldı. Ramal Hüseynov ikinci sarı və avtomotik qırmızı vərəqə alaraq, meydanı tərk etdi.

48. QOLL. "Standard" hesabı bərabərləşdirdi. Fərid Quliyev fərqləndi.

Qarşılaşmanı canlı olaraq stadiondan izləyənlər arasında "Neftçi"nin prezidenti Əkbər Hacıyev də var.

47. "Neftçi"dən Nyaqa sarı vərəqəylə cəzalandı.

46. "Standard" ikinci hissəyə əvəzetməylə başladı. Uqo Msadonun yerinə meydana Aqil Məmmədov daxil oldu.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45. Zeynal Zeynalovun aşırma zərbəsini Miçoviç "doqquzluğ"dan çıxardı.  

44. Oyun çox kobud məcrada keçir. Rövşən Əhmədov ilk yarıda artıq dördüncü dəfə futbolçulara sarı vərəqə göstərir. Bu dəfə də Ruslan Əmircanov "fərqləndi".

33. Bu dəfə də meydan sahiblərindən Levan Silaqadze sarı vərəqə aldı.

29. "Neftçi"dən Zaur Tağızadə sarı vərəqəylə cəzalandı.

26. QOL. "Neftçi" hesabı açdı. Rəşad Abdullayev bir hərəkətlə müdafiəçidən sıyrılıb, yaxın küncü dəqiq nişan aldı.

21. Rəşad Abdullayevin zərbəsi üstdən keçdi.

12. Bu dəqiqələrdə "Neftçi" fəallaşıb.

7. Oyunda ilk qol epizodunu meydan sahibləri yaratdılar. Rodrigesin ötürməsindən sonra Samir Zərgərovun zərbəsi dirəyin yanından keçdi.

4. "Standard"dan Ramal Hüseynov sarı vərəqəylə cəzalandı.

Oyun başladı.

 

 

TURNIR CƏDVƏLİ    

 

KOMANDALAR

O

Q

H

 M

 T-F

 Xal

1. "Muğan"

4

3

1

0

4-0

10

2. "Neftçi"

4

3

0

1

5-3

9

3  "İnter"

4

2

1

1

4-3

7

4  “Simurq"

4

2

1

1

4-3

7

5. "Qarabağ"

3

2

0

1

3-2

6

6. "Xəzər-Lənkəran"

3

1

2

0

3-2

5

7. "Olimpik-Şüvəlan"

4

1

1

2

5-6

4

8. "Qəbələ"

3

1

1

1

4-6

4

8. "Karvan"

4

1

0

3

6-6

3

10. "Bakı"

2

1

0

1

2-2

3

11."Turan"

4

0

1

3

2-6

1

12. "Standard"

3

0

0

3

1-4

0

 



Son xəbərlər