“Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasında biabırçı çıxışını davam etdirir. Əslində Cənub təmsilçisi bu gün turnir cədvəlinin ilk pillələrində qərar tutmalıydı, ehtiyatında bir yox, doqquz, ən pis halda altı xalı olmalıydı və liderlər mövqeyində qərarlaşmalıydı. İlk turda “Xəzər Lənkəran” heç-heçə etdiyi AZAL-dan üç xal götürməliydi, bacarmadı. Ən pisi isə “Sumqayıt”a doğma meydanda məğlubiyyət oldu.
Baxın, çempionluğa iddialı “Xəzər Lənkəran” çempionluğa iddialı olmayan üç komandanın – AZAL, “Sumqayıt” və “Simurq”la matçların hər birində xal itirib, daha dəqiqi, doqquz mümkün xaldan cəmi... bir xal toplayıb. Bəs, sabah bu komanda “Qarabağ”, “Neftçi”, “İnter” kimi Azərbaycan futbolunun nəhəngləri ilə görüşdə nə edəcək?
“Xəzər Lənkəran” yay transfer pəncərəsində doqquz transfer gerçəkləşdirib. Həmin doqquz futbolçunun hamısının bir yerdə - Rauf Əliyevin ilk turda AZAL-a vurduğu bir qolu saymasaq – yeni komandalarına hələlik doqquz qram xeyri dəyməyib. Baş məşqçi Oğuz Çətində günah axtarmayın. “Xəzər Lənkəran” rəhbərliyi – komandada transfer siyasətini həyata keçirən Tuyqun Nadirov, transferin həyata keçirilməsini təsdiqləyən Mais Mənsimov Kamran Ağayevin gedişindən az qala iki il sonra başa düşüb ki, demə, komandaya normal qapıçı lazımdır. Və budur, “Xəzər Lənkəran”a əsasən yararsız futbolçular gətirməklə məşğul olan Tuyqun Nadirovun axtarışlarının parlaq nəticəsi – Cahangir Həsənzadə. Bu transferi Tuyqun Nadirovun “şah əsəri”də saymaq olar. “Xəzər Lənkəran” bax, bu zehniyyətlə idarə olunduğu ucun neçə illərdir bərbad çıxış edir. Cahangir Həsənzadə AZAL-dan getdikdən sonra bəlkə də futbolçu karyerasını başa vuracaqdı. Amma Tuyqun Nadirov hesab etdi ki... 35 yaşlı bu qapıçı “Xəzər Lənkəran”ın xilaskarı ola bilər.
“XL” rəhbərliyi fikirləşmədi ki, Cahangirə ehtiyac olsaydı, AZAL onu heyətində saxlayardı. Amma demə, AZAL-a lazım olmayan futbolçu “Xəzər Lənkəran”a lazım imiş. “Xəzər Lənkəran”ın dünən “Simurq”la oyunda buraxdığı hər iki qolda Cahangir Həsənzadənin səhvləri oldu. Amma “XL”in çempionatdakı uğursuzluğunu Cahangir Həsənzadənin üstünə atmaq, əlbəttə ki, insafsızlıq olardı.
Bu komandanın biabirçı çıxışlarının, bu qədər pulu olmasına baxmayaraq, çempionatda normal nəticə göstərməməsi hansısa baş məşqçi və futbolçu ilə bağlı deyil, birbaşa klubun idarəetmə sistemi ilə əlaqədardır. Hamıya məlumdur ki, klubda əsas işləri görən adam Tuyqun Nadirovdur. Və həmin Tuyqun Nadirov hələ “Sumqayıt”a məğlubiyyətdən sonra bildirir ki, bütün futbolçular çempionata tam hazır olmayıb, yaxşı hazırlıq keçməyib. Maraqlıdır, əgər belədirsə, sual yaranır: “Xəzər Lənkəran”ın futbolçuları iki aylıq hazırlıq müddətində nə iş görüblər?
“XL” əsas rəqibləri olan “Qarabağ”, “Neftçi”, “İnter” və “Qəbələ”dən fərqli olaraq, yenə elə klub rəhbərliyinin işə məsuliyyətsiz yanaşmasına görə, avrokuboklara vəsiqə qazana bilməyib və çempionata hazırlaşmaq üçün yetərincə vaxtı olub. Bəs, bu vaxt niyə boşa verilib? Çempionata belə komandamı hazırlayarlar? Və Tuyqun Nadirov “bütün futbolçular” deyəndə konkret kimləri nəzərdə tutur? “Bakı”dan maaş probleminə görə ayrılan və viza məsələsindəki problem səbəbindən komandanın düşərgəsinə gec qoşulan Əfran İsmayılovumu? Sadəcə, gülünc arqumentdir.
Məlum, uğursuzluğa görə, baş məşqçi hamıdan çox cavabdehdir. Amma son illər “Xəzər Lənkəran”da təkcə Oğuz Çətin işləməyib. Bu kluba o qədər məşqçi gəlib-gedib ki, artıq sayı-hesabı da itib. Və məhz klub rəhbərliyinin işə qeyri-peşəkar yanaşması ucbatından bir məşqçi “XL”də bir mövsümü sona qədər çalışa bilməyib. Əmin olun, “XL”in uğursuz seriyası davam etsə, qış fasiləsinə qədər Oğuz Çətini də yola salacaqlar. Və klub rəhbərliyi, başda da Tuyqun Nadirov olmaqla, öz təqsirini yenə məşqçinin üzərinə atacaq.
Beləliklə, bu mövsüm də boşa veriləcək. Və... artıq həmin proses başlayıb da...
ELGÜN
"Heç nəyi fəda etmək niyyətimiz yoxdur" - Valdas Dambrauskas
"Napoli"nin kapitanı sıradan çıxdı
"Daha bir transferimiz də olacaq" - Kaxaber Sxadadze
"Yay transferi üçün planlarımız hazırdır"
"Barselona"ya keçməyi hədəfləyir, klub isə tərəddüd edir
Futbolçu rekord məbləğdə cərimələndi
Ronaldo "Əl-Nəsr"i hədələdi
"Sumqayıt" - "Zirə" matçından - Video
“Fənərbaxça” Kantenin maaşını açıqladı
"Əsas hədəfimiz 3 gün sonrakı çempionat oyunudur” - Video
Messi artıq hansı matçda oynayacağını özü seçəcək
Superliqa təmsilçisi yunan klubundan futbolçu transfer etdi
“Rusiya klubları “Qarabağ”dan güclüdür” - Aleksandr Mostovoy
"Sabah" - "Qəbələ": Heyətlər
"Zirə"nin yarımmüdafiəçisi 1-ci liqa klubunda
"Əl-Hilal"la onunla müqaviləni yenilədi
Premyer Liqa klubu baş məşqçisi ilə sağollaşa bilər
Zanetti Olimpiya məşəlini daşıdı - Şəkillər
“Nyukasl”ı da ağır oyun qrafiki gözləyir
Azərbaycan millisi Özbəkistana qalib gəldi
“Qarabağ”ı gözləyən o ağır qrafik - 19 günə 6 oyun!
Nurlan Novruzov klubunu dəyişdi
"Sumqayıt" - "Zirə": Heyətlər
Millimiz Gürcüstanla qarşılaşacaq
"Sabah"ın sabiq futbolçusu Qazaxıstan klubunda
Bizi kimlər təmsil edəcək? - Qış Olimpiadası
"Xankəndi"dən daha bir transfer
Kantenin transferi Ərdoğanın dəstəyi ilə gerçəkləşib!
"Ayaks"dan yeni transfer
"Mingəçevir" dayanmaq bilmir
"Bavariya"da ciddi itki
Azərbaycanın dünya çempionu əməliyyat olundu
"Zirə"dən "Mingəçevir"ə
Qış Olimpiya Oyunları üçün bu qadağalar tətbiq olundu
"İmişli"də 18 yaşlı hücumçu
Bu qışın ən bahalı transferləri - Siyahı
"Arsenal"dan daha bir transfer
Ruqani "Yuventus"dan bu kluba keçdi
“Fənərbaxça”dan supertransfer - Rəsmi