"Muğan" Premyer Liqanın yeni lideridir

"Muğan" Premyer Liqanın yeni lideridir
PREMYER LİQA 13 Sentyabr 2009 / 19:53 5986
-  A +

Bu gün Premyer Liqada dördüncü turun son oyunları keçirildi. Qol.Az saat 17:00-dan etibarən Premyer Liqanın IV turunun ikinci oyun gününün qarşılaşmalarından canlı-mətn reportaj yayımladı.   
 
13 sentyabr (bazar)

"İnter" - "Olimpik-Şüvəlan" 2:2 
Bakı. “Şəfa” stadionu
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Aydın Ələkbərov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi:
Mübariz Hüseynov
Hakim-inspektor: Nüvər Xasıyev

 

Oyun başa çatdı.

84. QOL. Andrey Rubins hesabı bərabərləşdirdi.

79. QOL. "İnter" hesab arasındakı fərqi minimuma endirdi. Girt Karlsons fərqləndi.

72. "İnter" tamamilə hücuma atılıb. "Olimpik-Şüvəlan" isə tamamiylə arxaya çəkilərək, qələbə hesabını qorumağa çalışır.  

56. Zlatinovun qüvvətli zərbəsi təhlükəli alındı.

50. QOL. Anatoli Doroş "Olimpik-Şüvəlan"ın hesabdakı üstünlüyünü iki topa çatdırdı.

47. Levin hesabı bərabərləşdirmək şansını qaçırdı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

40. Zlatinovun zərbəsi təhlükəli alındı.

34. "Olimpik-Şüvəlan" hesab arasındakı fərqi artıra bilərdi. Lakin "İnter"in qapıçısı Georgi Lomaya son anda qola imkan vermədi.

26. Aleksandr Çertoqanovun zərbəsi təhlükəli alındı.

18. Qol buraxdıqdan sonra "İnter" tamamiylə hücuma atılıb.

7. QOL. "Olimpik-Şüvəlan" oyuna qolla başladı. Roman Qoqniaşvili hesabı açdı.

Oyun başladı.

 

"Qarabağ" - "Standard" 1:0 
Ağdam. Quzanlı qəsəbə stadionu
Hakimlər:
Elçin Məmmədov, Emil İsgəndərov, Habil Əliyev, Əmrah İbrahimov
AFFA nümayəndəsi:
Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov

"Qarabağ" Premyer Liqanın yeni mövsümünə qələbəylə başladı.

Oyun başa çatdı.  

84. Zaur Həşimovun zərbəsi təhlükəli alındı.

74. "Standard"da Murad Ağakişiyevi Rəcəb Fərəczadə əvəzlədi.   

73. Fernandesin yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alınsa da, Fərhad topu tutdu.

71. "Standard"ın müdafiəçiləri Emin İmaməliyevə zərbə vurmağa imkan vermədi.

70. "Standard"dan Eduardo Fernandes sarı vərəqəylə cəzalandı.

68. "Qarabağ"da Əfran İsmayılovu Emin İmaməliyev əvəzlədi.

63. "Standard"da Rikardo Rikelmeni Aqil Məmmədov əvəzlədi.

61. Vüqar Nadirovun zərbəsi qapının üstündən keçdi.

59. Elvin Məmmədovun zərbəsini "Standard"ın qapıçısı çətinliklə dəf etdi.

54. Bu dəqiqələrdə oyun meydanın mərkəzində keçir.

50. "Qarabağ"ın hücumu təhlükəli alına bilərdi. Lakin Slaqadze Əfrana irəliləmək imkanı vermədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

41. Bu dəfə də Levan Slaqadze kobud oynayaraq, sarı vərəqəylə cəzalandı. Hakim artıq beş dəfə əlini cibinə salıb.  

37. Alves Maçedo sarı vərəqəylə cəzalandı.

36. "Standard" hesabı bərabərləşdirsə də, hakim oyundankənar vəziyyət qeydə aldı.

33. Rəşad Sadiqovun zərbəsi təhlükəli alındı.

29. Bu dəfə də "Standard"dan Ramal Hüseynov sarı vərəqəylə cəzalandı.  

28. Elvin Məmmədov sarı vərəqəylə cəzalanır.

25. QOL. Vaqif Cavadov hesabı açdı. Gənc hücumçu cərimə zərbəsindən gözəl qola imza atdı.

21. Əfran İsmayılov sarı vərəqəylə cəzalandı.

17. Vüqar Nadirov hesabı açmağa çox yaxın olsa da, qapıya zərbə vurmağa gecikdi.

15. Rikelmenin zərbəsi qapının üstündən keçdi.

12. Əfran İsmayıovun zərbəsi təhlükəli alındı.

1. "Qarabağ" oyuna fəal başladı. Elvin Məmmədov hesabı açmağa çox yaxın idi.

Oyun başladı.

  


Neftçi" - "Muğan" 0:2 

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov, Samir Hacıyev, Elçin Səmədli
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asim Xudiyev

"Muğan" "Neftçi"yə qalib gəlməklə, tarixində ilk dəfə Premyer Liqanın lideri oldu.

Oyun başa çatdı.

90. "Neftçi" qol vurmağa yaxın olsa da, Kurtanoviç yenə də keçilməzdir.

88. Elmar Baxşıyevin zərbəsi təhlükəli alındı.   

86. "Muğan"da Adis Çulovu Akeem Prestley əvəzlədi.

77. "Muğan"da dəyişiklik. Narsis Yameoqonu Rəvi Rəhmanov əvəzlədi.

76. "Muğan"dan Elnur Abdullayev sarı vərəqəylə cəzalandı.

76. Quqlemonun zərbəsi istədiyi kimi alınmadı.

74. "Neftçi"də sonuncu dəyişiklik. Dmitri Kruqlovu Elmar Baxşıyev əvəzləyir.

68. Atemin zərbəsi istədiyi kimi alınmadı.

67. "Muğan"da ilk əvəzetmə. Arif İsayevi Tagim Novruzov əvəzlədi.

64. "Neftçi"nin heyətində növbəti əvəzetmə. Rəşad Abdullayevi Samir Əliyev əvəzləyir.

61. Quqlemonun zərbəsi qapının yanından keçdi. 

57. Rəşad Abdullayevin zərbəsi effektli alınmadı.

53. "Neftçi" hesab arasındakı fərqi azaltmağa yaxın idi. Lakin Kurtanoviç Suat Ustaya sevinmək imkanı vermədi.

48. Valentin Atemin zərbəsi qapının üstündən keçdi.

46. "Neftçi" ikinci hissəyə əvəzetməylə başladı. Zaur Tağızadəni Valentim Atem əvəzlədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

42. QOL. "Muğan" ikinci qolu "Neftçi"nin qapısından keçirdi. Adis Çulov fərqləndi.

39. QOL. "Muğan" hesabı açdı. Vüsal Hüseynov "Neftçi"nin qapısına yol tapdı.  

35. Ruslan Abışovun qüvvətli zərbəsi qapının üstündən keçdi.

31. Nyaqanın zərbəsi dəqiq alınmadı.

27. Oyunda fasilə yaranıb. Havanın isti olmasını nəzərə alan hakim futbolçulara su içməyə imkan yaratdı.

19. "Neftçi"nin hücumu təhlükəli alına bilərdi. Lakin "Muğan"ın müdafiəçiləri Nyaqanın ötürmə verməsinə imkan vermədilər.

10. "Muğan" hesabı açmağa yaxın idi. Lakin Adis Çulovun aşırma zərbəsi qapının üstündən keçdi.

6. Nyaqanın təhlükəli zərbəsini Kurtanoviç ikinci cəhddə tuta bildi.

3. Rəşad Abdullayevin zərbəsi qapının yanından keçdi.

1. "Neftçi" ilk hücumdaca hesabı aça bilərdi. Lakin "Muğan"ın futbolçuları Quqlemonun zərbəsini boş qapıdan çıxardılar.

Oyun başladı.

 

 

12 sentyabr (şənbə)

"Xəzər-Lənkəran" - "Turan" 1:1 
Lənkəran. Mərkəzi şəhər stadionu
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Ramiz Əsədov, Elvin Əsgərov
AFFA nümayəndəsi:
Rauf Əmirov
Hakim-inspektor: Rüfət Hüseynov

 

Oyun başa çatdı.

75. QOL. "Xəzər-Lənkəran" hesabı bərabərləşdirdi. Kalnikov fərqləndi.

69. Juninyonun zərbəsi təhlükəli alındı.

66. "Xəzər-Lənkəran" hücumlarını davam etdirir, "Turan" isə bütün komandayla arxaya çəkilərək müdafiə olunur.

55. "Xəzər-Lənkəran" rəqibini qapısına doğru sıxışdırsa da, "Turan"ın müdafiəçiləri səhvsiz oynayırlar.

48. İvan Tsetkov boş qapını dəqiq nişan ala bilmədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

41. "Turan" meydanda azlıqda qaldı. Valeri Onila meydandan kənarlaşdırıldı.

34. QOL. "Turan" hesabı açdı. Muarrem Erdoğdu başla topu qapıdan keçirdi.

33. Nizami Hacıyevin aşırma zərbəsi qapı tirinə dəydi.  

26. Oyun çox sönük keçir. Üstünlük tamamilə "Xəzər-Lənkəran"ın tərəfindədir.

19. Mario Sozuanın zərbəsi qapıdan aralı keçdi.

3. Junior Osvaldonun 35 metrdən vurduğu cərimə zərbəsini "Turan"ın qapıçısı son anda küncə çıxara bildi.

Oyun başladı.

 

"Bakı" - "Simurq" 1:2 
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər:
Fariz Yusifov, Elman Musayev, Mübariz Haşımov, Zöhrab Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Kərim Ağayev

“Bakı”: 23.Xalidu Sissoko, 5.Stevan Bates, 8.Ernad Skuliç, 9.Felipe Almeyda Feliks, 10.Amiran Muciri, 15.Cəmşid Məhərrəmov, 27.Bəxtiyar Soltanov, 32.Aleksey Savinov, 77.Aleksandr Soliç, 85.Jaba
Ehtiyat oyunçular: 1.Marko Şarliya, 11.Daniel Oprita, 12.Fernando Peres, 19.Əhməd Ticani, 20.Fabio Luis Ramim, 21.Aleksandr Tamaş, 33.Saşa Yunusoğlu

“Simurq”: 1.Vitali Postranski, 2.Teymuraz Qonqadze, 5.Aleksandr Malıgin, 5.Sergey Sokolov, 8.Ruslan Qunçuk, 9.Elşən Məmmədov, 14.Sergey Artyux, 15.Tural Cəlilov, 19.Yuri Bulıçev, 27.Andrey Seryakov, 32.Andrey Sokolenko
Ehtiyat oyunçular: 12.Fuad Əhmədov, 7.Gennadi Solonitsin, 17.Kaxaber Çxetiani, 18.David Bolkvadze, 21.Nikolay Petrov, 23.Roman Axalkatsi, 33.Daniel Axtyamov

 

Oyun başa çatdı.

90+2. Feliks sarı vərəqəylə cəzalandı.

88. "Simurq"da sonuncu dəyişiklik. Elşən Məmmədovu David Bolkvadze əvəzlədi.  

87. Mucirinin yerinə yetirdiyi künc zərbəsi təhlükəli alınsa da, topa toxunan olmadı.

80. "Simurq" üçüncü qolu vurmağa çox yaxın idi. Lakin Sissoko Petrovun fərqlənməsinə imkan vermədi.

79. Soliçin cərimə zərbəsini son anda "Simurq"un qapıçı qaytara bildi.

78. "Simurq"da ikinci dəyişiklik. Tural Cəlilovu Gennadi Solonitsin əvəzlədi.  

74. QOL. "Simurq" yenidən hesabda önə keçdi. Ruslan Qunçuk fərqləndi.

73. Cəmşidin zərbəsini rəqib qapıçı son anda tutdu.

71. Artyuxun zərbəsi təhlükəli alındı.

70. Feliksin zərbəsi qapının yanından keçdi.

65. "Bakı"nın heyətində ikinci dəyişiklik. Ernad Skuliçi Əhməd Ticani əvəzlədi.

64. QOL. "Bakı" hesabı bərabərləşdirdi. Aleksandr Soliç fərqləndi.

61. "Simurq"da əvəzetmə. Andrey Seryakovu Nikolay Petrov əvəzlədi.

60. "Bakı" hesabı bərabərləşdirməyə çox yaxın idi. Feliksin zərbəsi qapı dirəyinə dəydi.

58. Muciri hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin "Simurq"un qapıçısı topa gözəl reaksiya verdi.

57. "Simurq"dan Yuri Bulıçev sarı vərəqəylə cəzalandı.

54. QOL. "Simurq" hesabı açdı. Elşən Məmmədov başla topu qapıya göndərdi.

53. "Simurq" hesabı açmağa yaxın idi. Cəmşid son anda topu qapıdan çıxardı.

49. Jabanın başla endirdiyi zərbə qapı tirinə dəydi.

48. Qunçukun cərimə zərbəsindən sonra top qapının üstündən keçdi.

46. "Bakı" ikinci hissəyə əvəzetməylə başladı. Bəxtiyar Soltanovu Daniel Oprita əvəzlədi.  

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

42. "Simurq" hesabı açmağa çox yaxın idi. Sissoko Elşən Məmmədovun zərbəsini qayramaqla komandasını yüz faizlik qoldan xilas etdi.

40. Feliksin zərbəsi qapıdann aralı keçdi.

38. Andrey Seryakovun zərbəsi qapıdan aralı keçdi.

32. Aleksandr Malıgin sarı vərəqəylə cəzalandı.

30. Mucirinin növbəti zərbəsi təhlükəli alındı.

29. "Bakı" oyunda ən təhlükəli qol epizodunu yaratdı. Lakin "Simurq"un qapıçısı Mucirinin yaxın məsafədəbn zərbəsini qaytara bildi.  

22. Malıginin cərimə zərbəsi təhlükəli alındı.  

21. "Bakı"nın əks-hücumu təhlükəli alındı. Lakin Muciri Elvinə dəqiq ötürmə verə bilmədi.  

17. "Simurq"un hücumu təhlükəli alındı. Elşən Məmmədovun zərbəsini Sissoko tutdu.

11. Tural Cəlilovun zərbəsi qapıdan aralı keçdi.

7. Muciriyə qapıya zərbə endirməyə imkan vermədilər.

4. Jabanın yerinə yetirdiyi cərimə zərbəsi qapıdan aralı keçdi.

Oyun başladı.

 


"Karvan" - "Qəbələ" 4:1 

Yevlax. Şəhər stadionu
Hakimlər: Əfqan Həmzəyev, Azər Məmmədov, İlham Əliyev, Rasim Məmmədov
AFFA Nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Asif Namazov

"Karvan" cari mövsümdə ilk qələbəsini qazandı.

Oyun başa çatdı.

87. QOL. Dövlətmurad Atayev "Karvan"ın hesabdakı üstünlüyü 4:1-ə çatdı. 

78. Əziz Quliyein zərbəsi təhlükəli alındı.

76. "Karvan" dördüncü qolu vura bilərdi. Lakin Dövlətmurad Atayevin zərbəsi qeyri-dəqiq alındı.

65. QOL. "Qəbələ" hesab arasındakı fərqi bir qədər azaltdı. İvan Antiç fərqləndi.

62. QOL. Ernani Pereyra üçüncü qolu "Qəbələ"nin qapısından keçirdi.

57. Leandro Qomeşin zərbəsi yaddaqalan oldu.  

54. "Qəbələ"dən İqor Melnik yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

35. Bamba üçüncü qolu vurmağa yaxın idi. Lakin qapıçıyla təkbətəkdən yararlana bilmədi.

30. Oyunda üstünlük tamamilə “Karvan”ın tərəfindədir.

24. Markus Fereyranın təhlükəli zərbəsi qapıdan aralı keçdi.

16. QOL. "Karvan" artıq 2:0 irəlidədir. İsmayıl Məmmədov möhtəşəm qola imza atdı. Təcrübəli yarımmüdafiəçi meydanın mərkəzindən topu birbaşa qapıya göndərdi.  

14. QOL. Leandro Qomeş "Karvan"ı hesabda önə keçirdi.

7. Oyunun ilk dəqiqələrində mübarizə əsasən meydanın mərkəzində keçir.

Oyun başladı.

  

N

 Komandalar

 O

Q

H

M

T/F 

 X

 1

"Muğan"

 3

 2

 1

 0

 3-0

 7

 2

"Neftçi"

 3

 2

 0

 1

 3-2

 6

 3

"Xəzər Lənkəran"

 2

 1

 1

 0

 2-1

 4

 4

"Simurq"

 3

 1

 1

 1

 3-3

 4

 5

"Olimpik-Şüvəlan"

 3

 1

 1

 1

 5-5

 4

 6

"İnter"

 3

 1

 1

 1

 3-3

 4

 7

"Qarabağ"

 1

 1

 0

 0

 1-0

 3

 8

"Qəbələ"

 2

 1

 0

 1

 3-5

 3

 9

"Karvan"

 3

 1

 0

 2

 6-5

 3

 10

"Turan"

 2

 0

 1

 1

 1-3

 1

 11

“Bakı”

 1

 0

 0

 1

 1-2

 0

 12

"Standard"

 2

 0

 0

 2

 0-2

 0

 

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı