"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə “Koper”ə qalib gəldikləri oyun və digər məsələlərlə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.
- "Neftçi" Sloveniyada çətin işin öhdəsindən gələrək tur adladı. "Koper"i səfərdə bu hesabla yenəcəyinizi gözləyirdinizmi?
- Mən başa düşmürəm, siz bizə niyə inanmırsız? Adama təsir edən odur ki, bir belə çətinliyi dəf edirik, ancaq yenə bizə inanmırsız. Hər kəs bilir ki, "Neftçi" belə çətinliklərin öhdəsindən çox gəlib. Mən Bakıda demişdim ki, gedəcəm və keçəcəm. Və keçdik də... "Neftçi"nin necə futbol oynadığını da gördünüz. Mən orada jurnalistlərimizin nə yazdıqları ilə maraqlandım. Bir nəfər yazmır ki, "Neftçi" əvvəlkindən fərqli olaraq başqa taktika ilə oynadı. Əvvəl Flavinyo cinahlarda oynayırdı, ancaq bu dəfə pleymeker funksiyasını yerinə yetirirdi. Cəmi üç müdafiəçi ilə oynadıq. Heç bir məşqçimiz belə oynamazdı, ancaq mən etdim. "Neftçi" özünün layiqli qələbəsini qazandı. "Neftçi" sübut etdi ki, "Koper" "Neftçi"yə layiq rəqib deyil. Bakıdakı məğlubiyyət də təsadüf idi. Təsadüf isə bir dəfə olar...
- "Koper"in baş məşqçisi azlıqda qaldıqdan sonra ikinci topu buraxdıqlarını bildirib. Sizcə, italiyalı çalışdırıcının bu açıqlaması ilə "Neftçi"nin qələbəsinə kölgəyə salmır?
- Birinci hissədə beş dəfə yüz faizlik imkandan istifadə edə bilmədik. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- "Növbəri turdakı rəqibiniz "Çixura"dır. Bu komandayla bağlı nə deyərdiniz?
- Heç nə deməyəcəm. Oyundan öncə danışaram.
- Bakıdakı mətbuat konfransında Sloveniyada hansı hesabın olacağından asılı olmayaraq, istefa verəcəyinizi demişdiniz. Sözünüzə əməl edəcəksiniz, yoxsa istefa vermək niyyətində deyilsiz?
- Mən fikir verirəm ki, çoxları mənim istefamı gözləyir. Mən gedəcəm, yerinə xaricdən hansısa tör-töküntü gələcək. Niyə getməliyəm ki? Mən Bakıdakı mətbuat konfransında əsəbi olmuşam və ona görə də istefa verəcəyimi demişdim.
- Bəs məğlubiyyət olsaydı necə, gedəcəkdiniz?
- Hökmən gedərdim.
- Buradakı mətbuat konfransında bədbiniydiniz. Sanki məğlubiyyətlə barışmışdız. Bu, nə ilə əlaqədar idi?
- Bugünləri mən jurnalistlər üçün hazır "yeməm". Hansı məşqçi mənim kimi kəskin fikirlər söyləyir? Heç kim! Hamı özünə xal yığır. Bundan sonra mən mətbuat konfranslarına gəlməyəcəm. Köməkçilərimi göndərəcəm. Bəzi insanları boykot edəcəm.
- Bu da aqressiya ilə deyilən sözdü, yoxsa?..
- Yox, gəlməyəcəm. Köməkçilərimi göndərəcəm.
- “Neftçi”nin prezidenti Sadıq Sadıqov açıqlama vermişdi ki, əgər mərhələ adlaya bilməsək, Böyükağa Hacıyev elə Sloveniyada istefa verəcək.
- Bilirsiz necədi? Bizim məşqçilər elə bilir ki, məşqçilik işi onlara atalarından qalıb, onlardan da oğullarına... Məşqçinin çemodanı hər zaman hazır olmalıdır. Bizim işimiz belədi. Məşqçinin istefa verməsi acizlik yox, kişilik əlamətidir. Zamanında getməlidir.
Mənbə: idmanxeber.com
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?