"Qarabağ"ın rəqibi növbəti darmadağınla liderliyə yüksəldi

"Qarabağ"ın rəqibi növbəti darmadağınla liderliyə yüksəldi
ÖLKƏ FUTBOLU 26 İyul 2014 / 23:51 6703
-  A +

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Zalsburq” bu gün Avstriya çempionatında ikinci turun oyununa çıxıb.

Qol.Az-ın xəbərinə görə,  “Zalsburq” səfərdə “Neuştadt”la qarşılaşıb. İlk turda “Rapid”ə 6:1 hesabı ilə qalib gələn "Zalsburq" bu görüşdə rəqibini darmadağın edib - 5:0. Bu qələbə sayəsində onlar turnir cədvəlində 6 xalla liderliyə yüksəliblər.

Qeyd edək ki, "Zalsburq" iki oyuuna 11 qol vurub, öz qapısında 1 qol buraxıb.

Əlavə edək ki, bu komandanın növbəti görüşü Çempionlar Liqasında iyulun 30-da Bakıda "Qarabağ"a qarşı olacaq.



26 iyul

22.00. “Neuştadt” – “Zalsburq” – 0:5
Qollar: Marsel Sabitzer, 15 (0:1), Conatan Soriano, 47 (0:2), Kristian Şvegler, 53 (0:3), Kevin Kempl, 55 (0:4), Conatan Soriano, 75-pen. (0:5)  
Qırmızı vərəqə: Sadio Mane, 40 ("Zalsburq", iki sarı+qırmızı vərəqə), Remo Malli, 74 ("Neuştadt", birbaşa qırmızı vərəqə)

Daha çox


Son xəbərlər