“Valletta”nın baş məşqçisi: “Qarabağ” qələbəyə layiq idi”

“Valletta”nın baş məşqçisi: “Qarabağ” qələbəyə layiq idi”
ÖLKƏ FUTBOLU 22 İyul 2014 / 23:56 4599
-  A +

“İlk növbədə rəqibi təbrik edirəm. “Qarabağ” daha yaxşı oynadı və qələbəyə layiq idi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Valletta” klubunun baş məşqçisi Gilbert Acius Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:4) sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis “Qarabağ”ın daha güclü olmasını etiraf edib: “Uzun müddət on nəfərlə oynadıq. Daha sonra doqquz nəfərlə qaldıq. Ehtiyat qüvvəmiz yoxdur. Hakim qərarları haqda danışmaq istəmirəm. Çünki mənim fikrim heç nəyi dəyişmir.

Özünüz epizodları gördünüz. Futbolda müəyyən məqamlar oyunun taleyini həll edir. Düşünürəm ki, “Qarabağ” daha güclü olduğu üçün qalib gəldi. “Qarabağ”ın heyətində güclü futbolçular çoxdur. Danilo Dias və Reynaldo Silvanı xüsusi qeyd edə bilərəm”.

Qeyd edək ki, "Vallettan"nı 4:0 hesabı ilə məğlub edən "Qarabağ" növbəti mərhələyə adlayıb. Ağdam təmsilçisi bu mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu