“Bu gün qələbə qazanan və mərhələni keçən tərəf “Qarabağ” olacaq. Bunu ona görə inamla deyirəm ki, ilk oyunda “Qarabağ”ın “Valletta”dan səviyyə baxımından qat-qat üstün olduğunu gördük”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqav Çempionlar Liqasının II təsniaft mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Valletta” matçı haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın ÇL-da mübarizəni davam etdirəcəyinə inandığını bildirib: “Komandamız rəqib qarşısında böyük üstünlüyə malikdir. Ancaq bütün fikirlər bu qarşılaşmaya yönəlməlidir. Bugünkü görüşü qələbə ilə başa vurmaq lazımdır. İnanıram ki, yolumuzu davam etdirib, bundan sonrakı oyunlarda da da uğurlu nəticə əldə edəcəyik”.
“Qarabağ” “Valletta” səddini keçəcəyi halda III təsnifat mərhələsində Avstriya çempionu “Zalsburq”la qarşılaşacaq.
V.Sadıqov komandamızın potensial rəqibini dəyərləndirərkən qeyd edib ki, “Zalsburq” da “Qarabağ” üçün keçilməz komanda deyil: “Qarabağ” “Zalsburq”la qarşılaşsa, iddiasını ortaya qoymalıdır. Göstərməlidir ki, hədəf qrup mərhələsində oynamqdır. Əvvəl-axır komandamız güclü rəqiblə qarşılaşmalıdır. Bunun üçüncü, yaxud da play-off mərhələsində olmasının fərqi yoxdur. “Qarabağ”ın üstünlüyü ondadır ki, güclü rəqiblərə qarşı toparlana bilir. Uzun müddətdir Çempionlar Liqasının arzusunda olan “Qarabağ” başa düşür ki, bu fürsətdən istifadə etmək lazımdır. Komandamız əlinə düşən imkanı dəyərləndirməli və hər birimizi sevindirməlidir. İnam olmayan yerdə işləmək olmaz. Hesab edirəm ki, güclü bir “Qarabağ” komandamız var. Artıq “Qarabağ” sözünü deməli və Qarabağı Avropada tanıtmalıdır”.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı