Skolari: “Hollandiya ilə qürurumuz uğrunda oynayacağıq”

Skolari: “Hollandiya ilə qürurumuz uğrunda oynayacağıq”
DÇ-2014 12 İyul 2014 / 00:42 3390
-  A +

Braziliya milli komandasının baş məşqçisi  Luis Filipe Skolari DÇ-2014-ün 3-cülük maçı uğrunda Hollandiya ilə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis qürurları uğrunda oynayacaqlarını bildirib:

“Bilirəm ki,  Almaniyaya 1:7 hesabı ilə məğlubiyyət karyeram ərzində məni narahat edəcək. Amma biz hazırda qarşıdan gələn  vacib oyunumuzu düşünməliyik. Məncə, üçüncü yeri qazanmağımız da pis nəticə olmaz.  Biz Hollandiya ilə oyunda öz qürurumuz uğrunda oynayacağıq”.

Qey edək ki, Braziliya – Hollandiya matçı sabah Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Son xəbərlər