“Dünya çempionatında izlədiyim bütün oyunlara əsasən deyə bilərəm ki, hazırkı yarışın ən güclü oyunçusu Almaniya millisinin qapıçısı Manuel Noyerdir”.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi, Braziliya millisinin kapitanı olmuş Karlos Alberto Torres deyib.
“Onun özünəinamı böyükdür. Etibarlı futbolçudur, cərimə meydançasından kənara çıxanda ayağı ilə yaxşı oynayır. Bununla da müdafiəçilərə kömək edir. Mən bugünədək hansısa qapıçının komandasına bu qədər fayda verdiyini xatırlamıram” – deyə Torres bildirib.
Argentina millisinin kapitanı Lionel Messiyə gəlincə, Torres deyib: “O, mundialın ən yaxşı futbolçusu adına layiq deyil. Düzdür, komandasını arxasınca aparmağı bacarır, vacib qollar vurur, amma gözlənilən oyunu tam sərgiləyə bilmir. Hollandiya – Argentina yarımfinal matçını bəyənmədim. Hər iki komanda, nədənsə, qorxurmuş kimi ehtiyyatla oynayırdı. Messi isə ümumiyyətlə, gözə dəymirdi, ona göz açmağa imkan vermədilər. Məncə, finalda bolqollu bir qarşılaşma izləyəcəyik. Messi bu matça xüsusi köklənəcək. Argentina udsa, hamı onun ən yaxşı oyunçu olacağını deyəcək. Amma təkrar edirəm, mənim üçün mundialın ən güclü oyunçusu Messi yox, Noyerdir”.
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı
“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”
“Ronaldo əsas heyətdə oynamamalıdır”
“Liverpul” “Real”ın hücumçusuna göz dikdi
Ayxan Abbasov Türkiyədə oyunu tribunadan izlədi - Şəkil
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi
“Qəbələ” - “Şəfa”: Heyətlər
Kapitan olsa da, sarğı taxa bilməyəcək
"Arsenal"a qələbə üçün gəlmişəm"
Zlatan İbrahimoviç: “İndiki Zlatan başqadır”
“Liverpul” futbolçusunu icarəyə verdi
“Sabah”ın məşqçisi “Sabah”ın Ulduzları” haqda
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı
Bakı EuroVolley həyəcanını yaşayır